Luisa VLATKO: Bakının gözəlliyi məni valeh etdi

“Bakı-2015”-in Müvəqqəti tikinti xərcləri və dəyişikliklər üzrə aparıcı meneceri Luisa Vlatko Avstraliyadan gəlib. Onunla görüşüb Azərbaycanla bağlı təəssüratlarını bildirməsini xahiş etdik.

– Bu sizin Azərbaycana neçənci səfərinizdir?

– Mən ilk dəfədir ki, Azərbaycanda oluram. Səfərimin əsas məqsədi də birinci Avropa Oyunları ilə əlaqədardır. Nə gizlədim, mən Azərbaycanı belə gözəl, qeyri-adi tikililəri ilə diqqəti cəlb edən ölkə kimi təsəvvür etmirdim. İxtisasımla əlaqədar Avropanın bir sıra ölkələrində olmuşam. Ancaq indi bəyəndiyim ölkələr arasında Azərbaycanın xüsusi yeri var.

– Paytaxtımız Bakıda sərbəst gəzirsiniz. Yerli əhalinin rəftarı, qonaqlara münasibəti necədir?

– Səmimi deyirəm, insanlar o qədər mehriban və qonaqpərvərdirlər ki, adam heç sizdən ayrılmaq istəmir. Mən Azərbaycana gəlməzdən qabaq bəzi xoşagəlməz məlumatlar eşitmişdim. Ancaq  ölkənizə gələndən sonra gördüm ki, həmin xəbərlər tam yalan və uydurma imiş. Sərbəst gəzirəm, heç bir problemlə qarşılaşmıram. Hara gedirəmsə, hörmət və ehtiram görürəm. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin də əsas səbəblərindən biri budur: ölkənizin inkişafı və əmin -amanlığın, sabitliyin yaradılması. Bakının gözəlliyi məni valeh etdi. Mən bu səfərimin xoş təəssüratlarından uzun müddət ayrıla bilməyəcəyəm.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV(foto)
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında