İlk Avropa Oyunlarının iştirakçıları üçün nəqliyyat problemi yoxdur

Bunu Avropa Oyunları  Əməliyyat Komitəsi Nəqliyyat  Departamentinin nəzarətçisi Sevinc Nağıyeva dedi.

Bakı şəhərinin müxtəlif yerlərində sıra ilə düzülmüş çoxlu sayda ağ rəngli taksi maşınları hamının  diqqətini cəlb edir. Sürücülərə müxtəlif təlimatlar verən gənc xanıma yaxınlaşıb gəlişimizin səbəbini deyirik:

– Son vaxtlar Bakı şəhərinin müxtəlif yerlərində çoxlu sayda ağ rəngli taksi maşınlarının sıra ilə dayanması marağımıza səbəb oldu. Bu maşınlar kimlərə xidmət edir?

– Əvvəlcə deyim ki, mən birinci Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin  nəzarətçisiyəm. Gördüyünüz belə ağ rəngli taksilərdən şəhərimizə 500-ə yaxın gətirib. Bu maşınlar yalnız birinci Avropa Oyunlarının iştirakçılarına xidmət edir. 1500-ə yaxın sürücü növbə ilə işləyir.

– Sürücülərin xarici dil problemi yoxdur ki?

– Sürücüləri işə qəbul edərkən onlara bildirilib ki, yalnız şəhərimizin qonaqlarına xidmət edəcəklər. Ona görə də bütün sahələr üzrə təlimlər keçirilib. Qonaqlarla necə rəftar etmək, onlara yüksək xidmət göstərmək barədə tapşırıqlar verilib. Bundan başqa,  onlar xarici dil öyrətmə kurslarına da cəlb olunublar. Bu vaxta qədər hər hansı bir narazılıq qeydə alınmayıb.

– Maşınlar, əsasən hansı istiqamətlər üzrə işləyir və gedişhaqqı neçəyədir?

– Bizdə xidmət pulsuzdur. Kimin  ilk Avropa Oyunlarına akkreditasiyası və idman yarışlarına bileti varsa, bunlarla bərabər şəxsiyyəti təsdiq edən sənədini də təqdim edir, istədiyi stadiona və ya Beynəlxalq Aeroporta pulsuz gedir. Sürücülər bütün sutka ərzində yarış iştirakçılarının və bu möhtəşəm tədbirə baxmağa gələn turistlərə yüksək səviyyədə xidmət göstərirlər.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında