“Ağlımıza gəlməzdi ki, Azərbaycan qısa müstəqillik tarixində belə sürətlə inkişaf edib”

“Bakı-2015” I Avropa Oyunlarının proqramına daxil olan idman yarışlarında mübarizə getdikcə gərginləşir. Yarışlara qatılmış idmançılar mükafata layiq yer tutmaq uğrunda daha gərgin mübarizə aparırlar. Boş vaxtlarında şəhərimizin görməli yerlərinə gəzintiyə çıxan əcnəbi idmançılar Azərbaycandakı yeniliklərdən, qonaqpərvərlikdən və bolluqdan razılıqla danışırlar. Belarus komandasının nümayəndəsi İqor Borelşa da öz fikirlərini bizimlə bölüşdü:

– I Avropa Oyunlarının gedişinə münasibətinizi bilmək istərdik.

– Əvvəlcədən qeyd edim ki, Belarus komandası bu möhtəşəm yarışa 260 idmançı ilə qatılıb. İdmançılarımız arasında qızıl medal almaq iddiasında olanlar çoxdur. Biz onlara böyük ümid bəsləyirik. Yarışların təşkilinə gəlincə isə, deyim ki, mən yeni tikilmiş stadionları, idman qurğularını görəndə mat qaldım. Qısa bir müddətdə bu qədər işləri necə yekunlaşdırmaq olardı, özü də bu cür, dünya standartları səviyyəsində. Belarus da sizin ölkəniz kimi gənc, müstəqil dövlətdir. Nə gizlədim, bizim ölkəmizdə belə yüksək səviyyəli işləri qısa müddətdə başa çatdırmaq mümkün olmazdı. Avropa şahid olur ki, tədbir necə yüksək səviyyədə keçir.

– Deyəsən, Bakının  gəzintisinə çıxmısınız?

– Bakı çox gözəldir. Buradakı qeyri-adi tikililəri görəndə adam heyrətini gizlədə bilmir. Bu gün birinci Avropa Oyunlarının rəmzi olan ceyran və nar suvenirlərini almağa çıxmışıq. Bu suvenirlərdən çox xoşumuz gəlir. Qız qalasının və digər qədim abidələrin suvenirlərini də almışıq. Bunlar uşaqlarımızın sifarişləridir. Bakının görməli yerləri çoxdur. Heç ağlımıza gəlməzdi ki, Azərbaycan qısa müstəqillik tarixində belə sürətlə inkişaf edib.

– İlk Avropa Oyunlarını boykot etmək istəyən qüvvələr də var idi. Lakin...

– Onlar  araqarışdıranlar, kimlərinsə sifarişlərini yerinə yetirənlərdir. Görünür, belələri hələ də dərk edə bilmirlər ki, idman dostluqdur, qarşılıqlı əməkdaşlıqdır. Belə bir yarışmaya mane olmaq istəyənlərin məqsədləri tamam başqadır. Göründüyü kimi, ilk Avropa Oyunlarının  Azərbaycanda keçirilməsini qəbul etmək istəməyənlər var. Ancaq hər şey onların istəklərinə tabe ola bilməz. Hər şey yüksək səviyyədədir və yarışlar da çox möhtəşəm keçir. Bunu iştirakçıların hamısı təsdiqləyir.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV(foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında