“Azərbaycan fantastik ölkədir”

I Avropa Oyunlarında mükafata layiq yerlər uğrunda mübarizə aparacaq idmançılarla yanaşı, ölkəmizə çoxsaylı turist də gəlib. Onlar şəhərimizin görməli yerlərini gəzdikcə gördüklərindən heyrətlərini gizlədə bilmirlər. Onlardan bir dəstəsi ilə görüşüb  söhbət etdik. Böyük Britaniyadan gəlmişdilər. İngilis turistlərin təəssüratlarını oxuculara təqdim edirik:

Oliver Hürst:

– Azərbaycanda ilk dəfə oluram. Şəhəri gəzdikcə fikirləşirəm ki, niyə indiyə qədər bu ölkədə olmamışam? Bakıdakı abidələri, parkları, binaları görəndə heyrətlənirəm. Əlimizdə Azərbaycan haqqında məlumat kitabçası var. Həm Azərbaycan, həm də ingilis dillərindədir. Oxuyuram ki, Azərbaycan cəmi 24 ildir ki, müstəqil dövlətdir. Bu müddət ərzində bu qədər işləri görmək çox çətindir. Mən tarixçiyəm. Bilirəm ki, 24 il müstəqil olmaq və bu işləri görmək, üstəlik, Avropada ilk dəfə keçiriləcək möhtəşəm idman Oyunlarına ev sahibliyi etmək nə qədər zəhmət və xərc tələb edir. İnanın ki, bu işləri 50-100 il müstəqillik tarixi olan ölkələr bu səviyyədə edə bilməzdilər. Çünki bunun üçün iqtisadi güc, zəngin və  dərin siyasi baxışlara malik olan dövlət başçısı lazımdır. Mən bunların hamısını Azərbaycanda gördüm və əmin oldum ki, inkişaf etmiş bir ölkədəyəm.

Marc Hürst:

– Mən mediadan öyrənəndə ki, ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək, doğrusu, çox təəccübləndim. Fikirləşdim ki, Azərbaycan müstəqilliyini yeni qazanıb. Müstəqillik yolunda gənc olan bir dövlətin problemləri də çox olar. Məndə olan məlumata görə, ölkənizin ərazisinin 20 faizi ermənilər tərəfindən işğal olunub. Səmimi deyim ki, bu vəziyyətdə olan ölkənin Avropa Oyunları kimi möhtəşəm bir tədbiri keçirməsinə şübhə ilə yanaşırdım.  Özü də nəzərə almaq lazımdır ki, bu yarışlar ilk dəfə keçirilir. Bakıya gələndən sonra gördüklərim məni heyrətə gətirdi. İlahi, Azərbaycan necə sürətlə inkişaf edib! Bu qısa  müstəqillik dövründə nələrə nail olmayıb? Hətta, Avropaya meydan oxuyaraq ilk Avropa Oyunları kimi məsulliyyətli  və ciddi bir idman yarışına ev sahibliyi etmək üçün sinəsini irəli verib. Bunu hər ölkə edə bilməz. Çünki bundan ötrü ilk növbədə iqtisadi resurslar lazımdır. Sonra isə ciddi təşkilatçılıq və gərgin zəhmət tələb olunur. Bunların hamısı arxada qalıb. Mən Avropanın yüksək səviyyəli bir ölkəsində – qonaqpərvər, insanları çox mehriban və səmimi olan Azərbaycanda olmağımdan qürur duyuram.

Daryl Littlecons:

– Mən Azərbaycanda ilk dəfə oluram. Doğrusu, ölkəniz haqqında bir sıra kütləvi informasiya  vasitələri  və sosial şəbəkələr vasitəsilə məlumat toplamışdım. Etiraf edim ki, xoşagəlməz faktlarla da qarşılaşmışdım. Nə yaxşı ki, Azərbaycana gəldim və hər şeyin canlı şahidi oldum. İndi mənə aydın oldu ki, ölkəniz haqqında sosial şəbəkələrdə və müxtəlif mediada yazılan nöqsanlar təxribat imiş. Biz Bakıda sərbəst gəzirik, insanlar çox mehribandır, ticarət müəssisələrində bizi çox hörmətlə qarşılayırlar. Mən həm də “Bakı-2015”-in əməliyyat üzrə meneceriyəm. Avropa Oyunlarının keçiriləcəyi stadionlar və idman qurğuları ilə yaxından tanış olmuşam. Səmimiyyətlə deyirəm ki, Azərbaycandan başqa heç bir ölkə ilk dəfə keçirilən Avropa Oyunlarını bu səviyyədə təşkil edə bilməzdi. Mən idman qurğularının dizaynlarını gördükcə düşünürəm ki, bu dizaynları kim və haradan tapıb. Bakıdakı binaları gördükdə isə ürəyimdən bir söz keçir: Azərbaycan fantastik ölkədir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında