“Azərbaycanın sahib olduğu güc və enerji məni valeh edir”

Müsahibimiz Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşidir

– Cənab səfir, Azərbaycan son illər  mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilib. Sizcə,  bu, nəyin nəticəsidir?

– Beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi üçün ictimai asayiş və təhlükəsizliklə bərabər, əlverişli şəraitə və təmasın mümkünlüyünə də önəm verilir. Fikrimcə, beynəlxalq təşkilatlar da bu sahələrdə problem olacağını düşünmədikləri üçün tədbirlərinin Azərbaycanda təşkil olunmasına qərar verirlər. Bu yaxınlarda Bakıda Asiya İnkişaf Bankının illik iclası da böyük uğurla başa çatmışdır. İnanıram ki, belə uğurların çoxluğu ilə etimad qazanıla bilər.

Bir neçə gündən sonra  gerçəkləşəcək birinci Avropa Oyunları kimi beynəlxalq idman yarışında isə, dünya rekordlarının qazanılması üçün idman sahələrinə və atletlər üçün  yaradılmış Olimpiya  kəndi kimi infrastruktur da önəm verilir. Bu möhtəşəm tədbirin Azərbaycanda  keçirilməsi,  ölkənizin  bütün bütün mərhələləri keçmiş olması və keçmişdə əldə etdiyi uğurlara söykənən etimadı qazanması ilə bağlı olduğunu düşünürəm.

– I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsi qərar qəbul edəndə yarışların başlanmasına az vaxt qalırdı. Bu müddət ərzində Təşkilat Komitəsinin həyata keçirdiyi  hazırlıq işlərini necə qiymətləndirirsiniz?

– Hazırda Bakının hər yerində sürətli inşaat işlərinin getdiyini görürəm. Tokioda da artıq 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq işlərinə başlanmışdır. Tokio 2013-cü ildə Argentinada təşkil olunmuş Beynəlxalq Olimpiya Komitəsinin iclasında  2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər seçilmişdir. Seçildiyimiz gündən açılış gününə qədər 7 ilimiz var. Birinci Avropa Oyunlarına hazırlıq  üçün yalnız 2,5 il qalmışdı. Belə  qısa müddətdə böyük miqyaslı işlərin başa çatdırılması son dərəcə çətin idi.  Ancaq bütün bu işlər sürətlə və keyfiyyətlə yerinə yetirildi. Birinci Avropa Oyunlarına hazırlıq işləri artıq başa çatmışdır. Ümid edirəm ki, bu möhtəşəm idman yarışması böyük uğurla sona yetəcəkdir.

– İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarına  Sizin də münasibətinizi bilmək maraqlı olardı.

– Şübhəsiz ki, buna səbəb hazırda dinamik şəkildə inkişafda olan Azərbaycanın gücü və enerjisidir. Mən ilyarımdan artıqdır ki, ölkənizdə fəaliyyət göstərirəm. Azərbaycanın sahib olduğu güc və imkan məni valeh edir. Həmçinin, Azərbaycan xalqı çox qonaqpərvərdir. Bu, biz yapon xalqına da aid olan bir xüsusiyyətdir. İnanıram ki,  birinci Avropa Oyunları ilə əlaqədar  ölkənizi ziyarət edən xarici turistlər həm idman festivalından zövq alacaq, həm də Azərbaycanın cəzbedici ölkə olduğunun fərqinə varacaqlar.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında