Gürcüstanın Bakıdakı səfiri Teymuraz ŞARAŞENİDZE: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin artmaqda olan nüfuzunu göstərir

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Artıq xeyli müddətdir ki, bütün dünyanın diqqəti Bakıya yönəlib, müxtəlif xarici KİV-lər “Bakı-2015”-lə bağlı informasiyalar dərc edir, dünya şöhrətli idmançıların, dövlət və hökumət başçılarının, məşhur ictimai-siyasi xadimlərin bu oyunlara münasibətini təqdim edirlər.

 Bu günlərdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze “Xalq qəzeti”nə verdiyi eksklüziv müsahibədə birinci Avropa Oyunları ilə bağlı fikirlərini bölüşmüşdür.

– Hörmətli səfir, Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyəti ilə bağlı təmsil etdiyiniz ölkənin mövqeyini necə şərh edərdiniz?

– Birinci Avropa Oyunlarının təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük əhəmiyyət kəsb etdiyni etiraf etməmək mümkün deyil. Bu, tarixdə ilk Avropa Oyunlarıdır və bu oyunların keçirilməsi üçün Azərbaycanın paytaxtı Bakının seçilməsi də təsadüfi deyil. Belə bir qərarın qəbul edilməsi ölkənin get-gedə artan nüfuzunu göstərir və təbii ki, Azərbaycan cəlbedici, sabit bir məkan kimi Avropaya və bütün dünyaya inkişaf etmiş idman infastrukturu təqdim edə bilir, eyni zamanda, özünün zəngin mədəni, tarixi və multietnik irsi ilə hamını heyrətləndirir.

– Bilirik ki, Gürcüstan idmançıları da bu oyunlarda iştirak edəcəklər. Onlar necə hazırlaşırlar? Bu möhtəşəm tədbirdə nə qədər gürcüstanlı qonağın iştirakı gözlənilir?

– Gürcüstan birinci Avropa Oyunlarına kifayət qədər fəal hazırlaşır. Komandamızın 110 idmançıdan ibarət olacağı planlaşdırılır və onlar praktik olaraq bütün idman növləri üzrə təmsil olunurlar. Ümumilikdə isə, Gürcüstanın nümayəndə heyəti 200 nəfər olacaq. Bunlar idmançılarla bərabər gələcək məşqçilər, həkimlər, masajçılar, eləcə də Gürcüstan idmanının rəhbərləri olacaqlar. Bakıda 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanılacağını da nəzərə alsaq, Gürcüstanın bu oyunlarda bu qədər böyük say tərkibində iştirakının səbəblərini başa düşmək olar.  

– Birinci Avropa Oyunlarının təşkilatçılarına, iştirakçılarına arzularınız?

– İlk növbədə, təmsil etdiyim ölkənin komandasına qələbələr və çoxlu medallar arzulayıram. İnanıram ki, ilk Avropa Oyunlarının təşkilatçıları da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər. Bu, Avropanın tarixində ilk Oyunlar olsa da, Bakının böyük miqyaslı tədbirlər keçirməkdə uğurlu təcrübəsi var. Mən bu Oyunların Azərbaycan, eləcə də bütün region üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nəzərə çatdırmaq istərdim. Belə ki, qızğın siyasi qarşıdurmaların baş verdiyi, bir ölkənin digərinin ərazisini işğal etdiyi bir regionda Azərbaycan sübut edir ki, bu torpaq düşmənçilik, qarşıdurmalar yeri deyil, əksinə, Cənubi Qafqaz sülh, çiçəklənmə və multikulturalizm üçün geniş meydandır. Bu, bizə böyük ümidlər verir.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında