Marqarita İLİNA: İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq

Çuvaşıstanda çıxan “Çuvaşskaya jenşina” qəzetinin baş redaktoru, Çuvaşıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Marqarita İlina  Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı “Xalq qəzeti”nə müsahibə vermişdir:

– Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi barədə məlumatlar Çuvaşıstan vətəndaşlarını da Azərbaycanın sakinləri qədər sevindirir. Qardaş Azərbaycan Respublikasının müstəqillik illərində qazadığı böyük sosial-iqtisadi uğurlar bizə inanmağa əsas verir ki, ölkə indiyədək təşkil etdiyi bütün böyük beynəlxalq tədbirlər və forumlar kimi, Avropanın tarixində ilk dəfə keçiriləcək bu Oyunları da yüksək səviyyədə təşkil edəcək.

Dost, qardaş ölkənin sakinlərini əmin etmək istəyirəm ki, Çuvaşıstan vətəndaşları Azərbaycanda baş verən bütün yenilikləri diqqətlə izləyir və son illərdə əldə olunmuş nailiyyətlərdən qürur hissi keçirir. Bilirik ki, SSRİ-nin süqutundan sonrakı ilk illərdə Azərbaycan xalqı ağır tarixi bir dövr keçmiş olsa da, sonradan böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə nəinki düşdüyü böhran vəziyyətindən çıxa bildi, həm də ilbəil uğurlarını artırdı, iqtisadiyatı bərpa etdi, sosial problemləri həll etdi. Üstəlik neft və qaz hasilatı sahəsində yeni strateji xətt müəyyənləşdirərək Avropanın enerji xəritəsini dəyişdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz xəttini inşa edərək istismara verdi. İndi Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edən əsas ölkə kimi Çindən Avropaya qədər gedən Böyük İpək Yolunun bərpası istiqamətində fəaliyyətini davam etdirir. Bunlardan əlavə, TANAP, TAP kimi yeni layihələr üzərində işlər davam edir. Bütün bu iqtisadi layihələrin Azərbaycanın zəngin bir ölkəyə çevrilməsində mühüm rol oynadığını bilirik.

Eyni zamanda, Azərbaycanın böyük tarixə, zəngin mədəni irsə, multikultural bir cəmiyyətə malik olduğunu da çuvaş xalqı yaxşı bilir. Bunu Avropanın özündə də artıq kifayət qədər görür və qiymətləndirirlər. Bunlar Azərbaycanda tarixən formalaşmış dəyərlər olmaqla bərabər, ölkənin beynəlxalq nüfuzunu artıran ciddi amillərdir. Biz də böyük ümidlərlə gözləyirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Avropa və Asiyanın kəsişməsində tolerant, demokratik, sivil bir ölkə kimi tanıdılması, eləcə də sosial-iqtisadi tərəqqi istiqamətindəki səyləri son nəticədə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxaracaq.

Müşahidələrimiz göstərir ki, ölkə hazırda ilk Avropa Oyunlarının təşkili ilə məşğuldur və artıq hazırlıq prosesini uğurla başa çatdırıb. Bir çox ölkələrin paytaxtında, o cümlədən, Moskvada təqdimat mərasimləri təşkil olunub. Bilirik ki, Rusiya idmançıları, onların sırasında Çuvaşıstandan olan idmançılar da “Bakı-2015"-də layiqincə iştirak etməyə hazırlaşır. Sizə bu oyunları adət etdiyiniz uğurlarla başa çatdırmağı arzulayırıq və əmin etmək istəyirik ki, narahat Çuvaşıstan azarkeşləri Bakıdan xoş xəbərlər gözləyirlər.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında