“İnşallah, çempion olacağam”

Dünya və Avropa çempionu Həsən Əliyev I Avropa Oyunlarının da qızıl medalını qazanmaq iddiasındadır

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının ümidvericilərindən biri olan Həsən Əliyev ilk Avropa Oyunlarının qızıl medalını almaq üçün ciddi hazırlaşır. Olimpiya İdman Liseyinin yetirməsi ilə söhbətimiz də bu mövzuda oldu:

– Həsən, güləşlə nə vaxtdan məşğul olursan?

– Uşaq vaxtlarımdan bu idman növünə böyük marağım olub. Bu arzum məni Bakıdakı Olimpiya İdman Liseyinə gətirdi. İlk gündən məşqçim Vaqif Feyzullayevin tapşırıqlarına ciddi əməl etdim və bəhrəsini də gördüm.

– Beynəlxalq yarışlara nə vaxtdan qoşuldun?

– 2006-cı ildə yeniyetmələr arasında Avropa çempionatında ikinci yeri tutdum. Bundan sonra özümə inamım daha da artdı. Məşqçimin də mənə verdiyi tövsiyələr  beynəlxalq yarışlarda daha yüksək yerlər tutacağıma əminlik yaradırdı.

– İlk qızıl medalı nə vaxt qazandın?

– 2008-ci ildə gənclər arasında Avropa çempionu oldum. 2009-cu ildə gənclər arasında Avropa və dünya çempionu adını qazandım. 2010-cu ildə isə artıq böyüklər arasında keçirilən yarışlarda  bu nailiyyətləri təkrarladım. Azərbaycanın bayrağı ən  yüksəyə qaldırılanda və dövlət himnimiz səsləndiriləndə sevincimdən yerə-göyə sığmırdım. O anları heç vaxt unutmayacağam.

– Bakıda keçirilən ilk Avropa Oyunlarına hansı ümidlərlə hazırlaşırsan?

– Belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsindən qürur hissi duyuram. Buna görə ilk növbədə idmana və idmançılara böyük qayğı göstərən Prezidentimiz İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdaram. Artıq bütün dünyaya bəlli oldu ki, Azərbaycan əsl idman ölkəsidir. Mən ilk dəfə keçirilən Avropa Oyunlarında, inşallah, qızıl medal alıb bayrağımızın ən yüksəyə qaldırılmasına və dövlət himnimizin səsləndirilməsinə nail olacağam.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında