Niyazi Əliyev: Avropa Oyunlarının idman taleyimizdə ən parlaq səhifəyə çevrilməsini arzulayıram

Karate-do üzrə üçqat dünya, dəfələrlə Avropa çempionu olmuş Niyazi Əliyev Bakı Avropa Oyunlarında qızıl medala iddialı olan idmançılarımızdandır. Məşhur idmançı bu günlərdə “Xalq qəzeti”nə eksklüziv müsahibə verib.

— Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi  sizdə hansı hissləri doğurur?

— Avropa oyunlarının ilk dəfə paytaxtımızda keçirilməsi ilə Bakı dünya idman tarixinə yeni bir səhifə yazacaq. Bu mötəbər tədbirə ev sahibliyi etmək üçün  məhz Azərbaycanın seçilməsi  məni çox qürurlandırır. Bunun üçün ilk növbədə  idmana da böyük qayğı göstərən Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çalışaq ki, dövlət başçımızın bizə göstərdiyi qayğını, etimadı doğruldaq və Avropa Oyunlarında yüksək nəticələrlə tarix yazaq.

— Bu möhtəşəm tədbir Azərbaycan idmanına nə qazandıracaq?

— Əlbəttə ki, böyük töhfələr qazandıracaq. Tədbir münasibətilə inşa edilən idman sarayları, möhtəşəm idman kompleksləri  Oyunlardan sonra Azərbaycan idmançılarının istifadəsinə veriləcək. Azərbaycan idman ölkəsi kimi daha da məşhurlaşacaq.

— Oyunlara necə hazırlaşırsınız? Əsas rəqibləriniz kimlərdir?

— Birinci Avropa Oyunları hər bir idmançı üçün tarixə düşmək baxımından böyük şansdır. Buna görə də məşqçilərim Rəhman Hətəmov və Rəşad Hüseynovla birlikdə Oyunlara böyük  əzmlə hazırlaşıram. Mən çox yarışlarda iştirak etmişəm, medallar qazanmışam. Sevinirəm ki, Avropa Oyunlarında iştirak etmək üçün lisenziya qazanmışam. Yeri gəlmişkən, idman karyeramda hər zaman məni dəstəkləyən Azərbaycan Karate-do Federasiyalar Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirmək istərdim. Rəqiblərimə gəldikdə isə, mən artıq onların çoxunu müxtəlif yarışlarda məğlub etmişəm. İnanıram ki, qarşıdakı oyunlarda da idman uğuru məndən üz döndərməyəcək.

— Doğma divarlar arasında keçirilən yarışın  məsuliyyəti böyükdür, elə deyilmi?

— Məsuliyyət hissi, əlbəttə, böyükdür. Bizim bu yarışlarda yüksək nəticə göstərməməyə haqqımız yoxdur. Biz bu yarışlarda himnimizi səsləndirib, bayrağımızı qaldırmalıyıq. Mən  qızıl medal üçün əlimdən gələni edəcəyəm.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında