Məmmədbağır ƏLİYEV: Bu cür dəstək fəaliyyətimi davam etdirməyə ruhlandırır

Azərbaycan Prezidenti İlham Əliyevdən və Rusiya Prezidenti Vladimir Putindən təbrik almaq təkcə mənim üçün və ailəm üçün deyil, həm də Rusiyada yaşayan bütün azərbaycanlılar üçün böyük şərəfdir. Bu cür dəstək fəaliyyətimi davam etdirməyə ruhlandırır.

Bu sözləri Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmmədbağır Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

Görkəmli alim vurğulayıb ki, yubiley gecəsi “intellektual azərbaycanlılar”ı Rusiyanın paytaxtında bir yerə toplamaq üçün daha bir fürsətdir. ÜAK prezidenti deyib: “Bu gün biz çalışdıq ki, Moskva ictimaiyyəti bir sıra sahələrdə - biznes, elm, mədəniyyət sahələrində yüksək nailiyyətlər qazanmış azərbaycanlıları görsün”.

Akademik 60 yaşının tamam olduğu gündə qeyd edib ki, yubiley günlərində insan o vaxtadək gördüyü işlərə yekun vurmalıdır.

M.Əliyev sonda deyib: “Bu gün mənim həyatımda çox əlamətdar gündür. 60 yaş dağdan enişin başlanğıcıdır. Yüksəliş mürəkkəb və maraqlı olub. Düşünürəm ki, eniş də səmərəsiz olmayacaq”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında