Azərbaycan regionda çox önəmli mövqeyə malikdir

Sloveniya parlamentinin sədri Milan Brqlez AzərTAc-a müsahibəsində ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıqla bağlı məsələlərdən danışıb. Müsahibəni təqdim edirik.

– Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələrinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

– Hər iki ölkənin parlamentləri arasındakı əlaqələr inkişaf edir. Ümumiyyətlə, Azərbaycan ilə Sloveniya arasında həll edilə bilməyən hər hansı bir məsələ yoxdur. Siyasi sahədə münasibətlərimizi daha da inkişaf etdirmək olar. Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupu əlaqələrimizin daha da inkişafına töhfə verməyə çalışır. Bu qrup Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə də sıx əməkdaşlıq edir.

– Ölkələrimizin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün hansı işlərin görülməsi nəzərdə tutulur?

– Biz Sloveniya ilə Azərbaycan arasında münasibətlərin bir çox sahələrdə daha da genişləndiriləcəyinə inanırıq. İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, energetika, turizm sahələrində əlaqələrin inkişafı vacibdir. Təhsil sahəsində əməkdaşlığın, eləcə də universitetlər arasında mübadilənin dərinləşməsi üçün potensial var. “Erasmus” proqramı tələbə mübadiləsinə kömək edə bilər.

– Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

– Sloveniya bir çox beynəlxalq qurumların, eləcə də Avropa İttifaqının üzvüdür. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi çox önəmlidir. Bu məsələyə ciddi diqqət yetirməliyik. Qarşılıqlı səfərlərin təşkil olunması da vacibdir. Sloveniya parlamentinin sabiq sədri sonuncu dəfə 2013-cü ildə Azərbaycanda olub. Mən də ən qısa zamanda Azərbaycana səfər etməyi planlaşdırıram.  

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu necə qiymətləndirirsiniz?

– Azərbaycan regionda çox önəmli mövqeyə malik bir ölkədir. Bildiyiniz kimi, Avropanın enerji təchizatı marşrutlarını şaxələndirməyə ehtiyacı var. Bu baxımdan Azərbaycanın rolu olduqca vacibdir. Bu enerji resurslarının Sloveniyaya çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Sloveniya Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji layihələrində iştirak etməyə hazırlaşır. Bizi hidroenerji və texnologiya sahələri daha çox maraqlandırır. Sloveniya yalnız bir mənbədən asılı olmaq istəmir.

Biz Azərbaycan ilə ticarət dövriyyəsinin artırılmasında da maraqlıyıq. İqtisadi əməkdaşlığın səviyyəsinin qaldırılmasına çalışacağıq.

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə deyə bilərsiniz?

– Hesab edirik ki, bu problemin sülh yolu ilə həlli vacibdir. Bunun üçün bütün institusional imkanlardan istifadə edilməlidir. Xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti bu münaqişənin sülh yolu ilə həllində daha öndədir. Sloveniya bütün beynəlxalq münaqişələrin diplomatik yolla həllini dəstəkləyir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında