Ceri TEYLOR: Azərbaycanda vergidənyayınma hallarının qarşısının alınması istiqamətində atılan addımlar diqqətəlayiqdir

Xəbər verdiyimiz kimi, Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İşçi Qrupunun "ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması" mövzusunda növbəti iclası keçirilmişdir.
Tədbirdə təşkilatın üzvü olan 25 ölkənin vergi administrasiyalarından 30-dək nümayəndə iştirak etmişdir. İclasın iştirakçıları vergi sahəsində beynəlxalq problemləri müzakirə etməklə yanaşı, ölkəmizlə, o cümlədən Azərbaycanın vergi sistemi ilə də yaxından tanış olmuşlar.
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının nümayəndəsi Ceri Teylor tədbirin yekunları ilə bağlı AzərTAc-a müsahibə vermişdir.
-Bakı şəhərində İOTA-nın İşçi Qrupunun "ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması" mövzusunda növbəti iclas işini başa çatdırmişdır. Bu tədbirin məqsədi və təəssüratlarınız haqqında məlumat verməyinizi xahiş edirik.
-Əvvəlcə qeyd edim ki, Azərbaycana səfərimdən çox məmnunam. Avropadaxili Vergi Administrasiyaları Təşkilatının bu mühüm tədbirinin də qurumumuzun fəal üzvü olan ölkələrdən birinin paytaxtında - Bakıda təşkil olunması Azərbaycan ilə İOTA arasındakı əməkdaşlığın göstəricisidir.
Bu cür tədbirlərin əsas məqsədi Avropanın hər yerindən İOTA-ya üzv olan mümkün qədər çox ölkəni bir araya gətirərək ƏDV fırıldaqçılığı ilə bağlı şəbəkə məsələlərini müzakirə etməkdir. İOTA Avropa ölkələrinin vergi administrasiyalarını birləşdirən mühüm bir qurumdur. Biz fikir və məlumat mübadiləsi aparır və ölkələrin ƏDV fırıldaqçılığı ilə bağlı qarşılaşdığı problemlərin həlli yollarını bir-birimizlə paylaşa bilirik. İşçi Qrupun Bakıda təşkil olunan iclası da məhz bu problemin həlli ilə bağlı müzakirələrin aparılması məqsədinə xidmət edirdi.
-Azərbaycanda ƏDV fırıldaqçılığının qarşısının alınması üçün tətbiq edilən layihələri necə qiymətləndirirsiniz?
-Vergidənyayınma halları, xüsusilə ƏDV üzrə yayınmalar bir çox vergi administrasiyaları üçün ciddi problemlər yaradır. Azərbaycanda bu problemin həlli ilə bağlı atılan addımlar diqqətəlayiqdir. Xüsusilə tətbiq edilmiş yeni elektron hesab fakturaları ilə bağlı iclasda Azərbaycan tərəfinin təqdimatını izləmək bizim üçün çox xoş idi. Bu çox maraqlı layihədir. Görünür, layihə gələcəkdə vergi ödəyiciləri ilə bağlı bir çox problemlərin qarşısını alacaq, onlara nəzarəti və inzibatçılığı xeyli sadələşdirəcəkdir.
-Avropadaxili Vergi Administrasiyaları Təşkilatı və Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında əməkdaşlığın səviyyəsindən razısınızmı?
-İOTA ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Azərbaycanın İOTA-ya üzv olduğu dövr ərzində ölkənizin Vergilər Nazirliyi ilə İOTA arasında kifayət qədər səmərəli və işgüzar əlaqələr qurulmuşdur. Nazirliyin əməkdaşları İOTA tərəfindən təşkil edilən seminarlarda, eyni zamanda, işçi qruplarının iclaslarında və digər tədbirlərdə fəal iştirak edirlər.
İşçi Qrupunun Bakıdakı iclası çox yüksək səviyyədə təşkil edilmişdi və burada bizə qarşı hər an çox mehriban və səmimi münasibətin şahidi olduq. İOTA-nın rəhbərliyi bu tədbirin baş tutması üçün Azərbaycan tərəfinin göstərdiyi səyləri və yardımı yüksək qiymətləndirir. Düşünürəm ki, gələcəkdə bu cür tədbirlərin yenə də Azərbaycanda təşkil edilməsi çox yaxşı olardı. Hər şey çox diqqətəlayiq və qeyri-adi idi.
-Sonda azərbaycanlı vergi ödəyicilərinə nə demək istərdiniz?
-Hesab edirəm ki, vergi ödəmək heç vaxt xoşagələn iş olmamışdır. Lakin Azərbaycanın vergi administrasiyası potensial vergi fırıldaqçılarına və dələduzlarına "bütün hallarda yaxalanacaqsınız" ismarıcını çatdırmaqla, bu prosesi bütün maraqlı tərəflər üçün mümkün qədər sadələşdirə bilmişdir.
Bakıda olduğum müddətdə Vergilər Nazirliyinin fəaliyyəti ilə də tanış oldum. Düşünürəm ki, Azərbaycanın vergi orqanları vergidənyayınma ilə mübarizədə yaxşı uğurlar əldə etmişlər, həmçinin burada vergi ödəyicilərinə geniş xidmətlər şəbəkəsi yaradılmışdır. Azərbaycanın müvafiq orqanlarının vergi inzibatçılığında atdığı addımlar, vergi ödəyiciləri ilə qurulan iş sisteminə dair ölkənizin təcrübəsini digər dövlətlərin vergi administrasiyaları ilə də bölüşmək, zənnimcə, çox yaxşı olardı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında