Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb

Aybəniz ATAMOĞLANOVA, Böyük Quruluş Partiyasından müşahidəçi:

– Mən Böyük Quruluş Partiyasından olan müşahidəçi kimi, 31 saylı Suraxanı II seçki dairəsinin Bakının Yeni Günəşli qəsəbəsindəki 279 nömrəli məktəbdə yerləşən 22 saylı seçki məntəqəsində seçkilərin başladığı ilk dəqiqələrdən lap axıra kimi bu mühüm prosesi böyük maraq və dərin məsuliyyət hissi ilə izləmişəm. Dərhal qeyd edim ki, əvvəlki seçkilərdə olduğu kimi, budəfəki seçkilərin də yüksək səviyyədə təşkilindən çox razı qalmışam.

Məni ən çox razı salan ölkəmizdə seçkidən-seçkiyə seçki mədəniyyətinin yüksəlməsidir. Biz müxtəlif siyasi partiyalardan olan və bitərəf müşahidəçilər öz aramızda bu məsələni müzakirə etmişik, belə qənaətə gəlmişik ki, Azərbaycanda artıq yüksək seçki mədəniyyəti formalaşıb. Bu, müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq, bizi, əlbəttə, çox sevindirir.

Bəllidir ki, seçkilər demokratiyanın mühüm atributlarından biridir. Demokratiya hər bir vətəndaşa üzvü olduğu cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək imkanları verir. Vətəndaş seçmək və seçilmək kimi öz konstitusion hüququndan  bəhrələnməklə, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək şansı əldə edir. O,  başa düşür ki, xalqın, millətin tərəqqisini istəyirsə, bu prosesə fəal qatılmağa borcludur.  Düşünürəm ki, 23 dekabrda Azərbaycanda keçirilən bələdiyyə seçkilərində öz seçim imkanlarını reallaşdıran insanların hər biri seçkilərin əhəmiyyətini dərindən başa düşürdü.

Müşahidəçi olduğum seçki məntəqəsində həqiqətən seçicilərin azad, sərbəst seçim etmələri üçün hər cür şərait yaradılmışdı. Seçicilər də onlar üçün yaradılmış şəraitdən razı idilər. Hiss olunurdu ki, seçicilər seçkilərə dərin məsuliyyət hissi ilə qatılıblar. Əksər seçicilərin bələdiyyəyə namizədlər haqqında kifayət qədər geniş məlumatları vardı. Seçim edərkən də bir daha düşünür, ən layiqli namizədə səs vermək istəyirdilər.

Budəfəki seçkilərdə gənclərin seçkilərə daha fəal qatılmaları da məni çox sevindirdi. Yaxşı haldır ki, Qaraçuxur bələdiyyəsinə iddialı olan namizədlərin çoxunu məhz  gənclər və qadınlar təşkil edirlər. Bəli, seçkilər uğurla başa çatdı. Bələdiyyəyə seçilənlərin hər birini isə qarşıda gərgin və məsuliyyətli işlər gözləyir. Ümid edirəm ki, onlar seçicilərin ümidlərini doğruldacaqlar.

Söhbəti yazdı: M. HACIXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında