Tbilisidə “Azərbaycan multikulturalizmi” kursunun tədrisinə başlanıb

Bu günlərdə Bakıda Beynəlxalq Tolerantlıq Günü çərçivəsində bir sıra tədbirlər keçirildi. Belə tədbirlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilmişdi və geniş auditoriyanı əhatə edirdi.

Toplantıda Azərbaycanın ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları, nazirlik və komitələrin, ali təhsil ocaqlarının rəhbərləri ilə yanaşı, xarici ölkələrdən qonaqlar da iştirak edirdilər. Müxbirimiz Tbilisi Dövlət Universitetinin professoru David Zuraboviç Qotsiridze ilə görüşərək  Azərbaycanda multikulturalizm, tolerantlıq ənənələri ilə bağlı təəssüratını bölüşməsini xahiş etmişdir. David Qotsiridze demişdir:

– Şərq renessansının Nizamidən başlaması artıq o deməkdir ki, Avropa və Amerika üçün yeni olan bir çox şeylər Azərbaycan üçün, ümumilikdə Qafqaz üçün tarixi faktdır. Biz, əslində, çox qədimlərdən multikulturalizm ruhunda tərbiyə olunmuşuq və bu istiqamətdə inkişaf etməkdə davam edirik. Çox maraqlıdır ki, bu məsələ artıq elmi əsaslar üzərinə qoyulmuşdur. Yəni bir halda multikulturalizm məsələsi ümdə vəzifə kimi qarşıya qoyulursa, başqa halda artıq bu faktlar böyük material şəklində elmi əsasda təhlil edilir.

Bakıda multikulturalizm, tolerantlıq mövzusunda keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz burada toplaşaraq fikir mübadiləsi aparır, öz düşüncələrimizi bölüşürük ki, bu da son nəticədə istər Gürcüstan-Azərbaycan əlaqələri, istərsə də ümumiyyətlə, dünya ölkələri ilə münasibətlərimiz üçün yaxşı əsaslar yaradır. Azərbaycan artıq özünün bu sahədəki imicini nümayiş etdirir.

Məsələ bundadır ki, biz əvvəllər vahid sovet dövlətinin tərkibində yaşamışıq və başqa mədəniyyətlərlə münasibətdə olmaq imkanımız olmayıb. İndi isə müstəqil ölkələrik və qarşımızda belə imkanlar açılıb. Dünyanın ayrı-ayrı xalqlarının mədəniyyətləri ilə tanış oluruq və təbii ki, öz mədəniyyətimizi onlara təqdim edirik.

Budur, artıq bir neçə ildir ki, hörmətli dövlət müşaviri Kamal Abdullayevlə birgə bu məsələlər üzərində işləyirik. Müəyyən nailiyyətlərimiz də var. Tezliklə bu mövzuda birgə monoqrafiyamız da işıq üzü görəcək. Eyni zamanda, Tbilisi Dövlət Universitetində Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” adlı kursun tədrisinə başlanılıb. Gürcüstanda bizim tələbələr, aspirantlar, doktorantlar artıq bu mövzu üzərində böyük məmnuniyyətlə işləməyə başlayıblar. Ümid edirik ki, gələcəkdə Azərbaycan multikulturalizmi daha geniş əraziləri əhatə edəcək.

Söhbəti yazdı:

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında