Polad Bülbüloğlu: “İşğalçılar Azərbaycan ərazisini tərk etməyincə, biz təcavüzə hər cür müqavimət göstərəcəyik”

“Başqa bir dövlətin hərbi helikopteri o ərazilərdə niyə uçmalıdır?”

“Biz öz ərazi bütövlüyümüzü müdafiə edirik və bütün mümkün üsullarla, o cümlədən hərbi üsulla bu müdafiəni davam etdirəcəyik”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən APA-ya verilən məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Kommersant” radiosuna müsahibəsində deyib. O bildirib ki, Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib və bu, heç kəsə sirr deyil: “Bizim kifayət qədər güclü silahlı qüvvələrimiz var. Biz öz ərazi bütövlüyümüzü müdafiə edəcəyik. İşğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, biz təcavüzə hər cür müqavimət göstərəcəyik”.

Səfir Ermənistanın helikopterin vurulmasına qarşılıq veriləcəyi ilə bağlı Azərbaycanı hədələməsinə toxunaraq Azərbaycanın heç bir təhdiddən qorxmadığını söyləyib: “Yaxşısı budur ki, Ermənistan bu gün öz vəziyyətini düşünsün. İnanmıram ki, belə bir vəziyyətdə olan dövlət kiməsə təhlükə ola bilər. Biz öz ərazilərimizi təmizləmə siyasətini davam etdirəcəyik”.

Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hadisə baş verən ərazini davamlı atəşə tutması barədə bəyanatına münasibət bildirən P. Bülbüloğlu Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlər keçirdiyini vurğulamışdır: “Xarici İşlər Nazirliyimiz də əvvəlcədən bəyanatla çıxış edib ki, faktiki olaraq başqa bir ölkə Azərbaycan ərazisində hərbi təlimlər keçirir. Siz bunu necə təsəvvür edirsiniz ki, hər hansı bir ölkənin hərbi helikopteri Rusiya sərhədini keçə bilər? Belə olan halda Rusiya qoşunları necə davranardı? Hər bir ölkə öz sərhədlərini qoruyur. Bu, sərnişin helikopteri deyil, hərbi helikopterdir. Hərbi helikopter o ərazilərdə niyə uçmalıdır?”

ATƏT-in baş verən hadisədən narahatlığını ifadə etməsinə səfir belə reaksiya verib: “ATƏT-i ilk növbədə Azərbaycandakı məcburi köçkünlər narahat etməlidir. Onların hüquqları pozulub. 200 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olunub. ATƏT bununla məşğul olsun. Qoy, narahat olsun ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı BMT TŞ-nin və Baş Assambleyanın qətnamələri yerinə yetirilmir”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında