Fuad BABAYEV: Xalqımız həmişə ən yüksək zirvələrdə olacaqdır. Çünki, onun ədalətli qanunu – mütərəqqi dəyərlərə söykənən Konstitusiyası var

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni variantı 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Lakin indi biz Milli Konstusiya Gününü qeyd edirik.

Hazırki Konstitusiyamızın yaranması və tarixi əhəmiyyəti barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bunları dedi:

– Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə on doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı tarixi seçimini edərək ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyasını qəbul edib. Konstitusiyamızın qəbul edilməsinin birinci ildönümü ərəfəsində ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqına müraciətində əsas qanunumuzu “Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi” kimi dəyərləndirmişdi. Ulu öndər qeyd etmişdi: “Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.”

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi tarixi gündən 19 il keçir. Və bu gün, 2014-cü ildə böyük Heydər Əliyevin müdrikliyinin, dərin təfəkkürünün məhsulu olan Konstitusiyamızın zamanın sınağından uğurla çıxdığı göz önündədir.

Bir neçə il bundan əvvəl Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən İsmayıllı rayonunun şagirdləri arasında “Bizim Konstitusiyamız” adlı inşa müsabiqəsi keçirilmişdi. Həmin müsabiqənin qaliblərindən birinin yazdığı inşadakı cümlələr yaddaşımda qalıb: “Mənim xalqım min illərdir yaşayır və dünya durduqca yaşayacaq da! Çünki, dünyada ən qədim dövlətlər diyarıdır Azərbaycanım mənim”!

Xalqımız həmişə ən yüksək zirvələrdə olacaqdır. Çünki, onun ədalətli qanunu - mütərəqqi dəyərlərə söykənən Konstitusiyası var.

 

Hazırladı: Anar TURAN,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında