Jasminka SİMİC: AzərTAc tolerantlıq və multikulturalizmlə bağlı məlumatlar yaymaqla olduqca mühüm bir vəzifəni həyata keçirir

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) tolerantlıq və multikulturalizmlə bağlı məlumatlar yaymaqla olduqca mühüm vəzifəni həyata keçirir.

Bu sözləri dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Serbiya radio və televiziyasının jurnalisti Jasminka Simic AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində söyləyib. O deyib: “Bəşəriyyətin mədəni irsinin qorunmasında medianın rolu çox vacibdir. Belə önəmli məsələ ilə bağlı insanları məlumatlandırmaq kimi əhəmiyyətli bir missiyanı məhz media yerinə yetirir. Forum çərçivəsində təşkil olunan “dəyirmi masa”larda səslənən fikirləri, xüsusilə AzərTAc-ın baş direktoru Aslan Aslanovun çıxışını diqqətlə dinlədim. Belə qənaətə gəldim ki, AzərTAc tolerantlıq və multikulturalizm istiqamətində reallaşdırılan tədbirlərlə bağlı məlumatlar yaymaqla olduqca mühüm bir vəzifəni həyata keçirir".

Forum haqqında təəssüratlarını bölüşən J.Simic bu tədbirdə ilk dəfə iştirak etdiyini bildirərək deyib: “Burada gördüyüm və eşitdiyim hər bir məqam məndə böyük təəssürat yaratdı. Zənnimcə, forum intellektualların bir araya toplaşdığı tədbir kimi dünyada hökm sürən humanitar böhranın gələcək durumuna böyük təsir göstərə bilər. Bu forum humanitar əməkdaşlığı təşviq etməklə davamlı inkişafı və bu sahəyə vahid yanaşmanı təmin edir. Tədbirdə irəli sürülən insan kapitalına sərmayə qoyulması ideyası diqqətimi çəkdi. Bütün dünya ölkələrində bu sistemin tətbiq olunması müsbət nəticələr verə bilər. Müxtəlif acınacaqlı böhranlarla, münaqişə və gərginliklərlə üz-üzə qaldığımız bir dövrdə Bakı Forumu bu problemlərin həll yollarını tapmaq üçün əsas vasitədir”.

Serbiyalı jurnalist əlavə edib ki, “Avrasiyanın Parisi” adlandırdığım paytaxt Bakı inkişaf etmiş, müasir və gözəl məkan kimi məndə böyük təəssürat yaratdı. Dünyada hökm sürən mənfi proseslər, iqtisadi böhran, avrozonanın mürəkkəb bir vəziyyətdə olması bütün diqqətləri sürətlə inkişaf edən Avrasiya regionuna, o cümlədən Azərbaycana yönəldir. Bu region multikulturalizmin kök saldığı, eyni zamanda, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühit sahələri üzrə artıq mühüm mərkəzə çevrilib. Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da mədəniyyətlərarası dialoqun genişləndirilməsinə mühüm töhfələr verməkdədir. Belə ki, ölkəniz bir çox mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etməkdədir.

Ölkələrimiz arasındakı əlaqələrdən danışan J.Simic Azərbaycan hökumətinin Serbiyada bir sıra layihələr həyata keçirməsini məmnunluqla xatırlayıb.

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri,

Belqrad

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında