Stepan MESİÇ: Mən bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdaram

Bu sözləri Azərbaycanda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç “Xalq qəzeti”nin sualını cavablandırarkən  bildirdi. O dedi:

– Ölkənizdə gedən inkişaf məni çox sevindirdi. Xalqlar arasında etimadın bərpasının əhəmiyyəti məsələsindən bu gün öz çıxışımda bəhs etdim. Məncə, Azərbaycan və Xorvatiya xalqları arasında geniş əməkdaşlıq və səmərəli dialoq mövcuddur. Ölkələrimiz arasında böyük hörmətə əsaslanan dostluq münasibətləri var. Hər iki xalq müstəqilliyini bərpa etmək üçün xeyli əziyyət çəkmişdir.

Humanitar Forumu keçirməklə dövlətiniz bizə yüksək etimad göstərdi. Bu da, şübhəsiz ki, Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gəlir. 

 Forumdakı çıxışımda həmçinin qeyd etdim ki, mən bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdaram. Biz çalışmalıyıq ki, dünyada sülhün carçısı qismində çıxış edək. Ümid edirəm ki, uzun illərdən bəri həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə danışıqlar yolu ilə yekunlaşacaq. Belə mötəbər tədbirlərin keçirilməsi də məhz bu baxımdan vacibdir. İnanıram ki, ölkələrimiz arasında gələcəkdə də yüksək əməkdaşlıq və mehriban münasibət davam edəcək.

 

Təqdim etdi:

Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında