Atilla Sertel: Qardaş Azərbaycanda gedən inkişafın şərhə ehtiyacı yoxdur

Bu sözləri Azərbaycanda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Türkiyə Jurnalistlər Birliyinin sədri Atilla Sertel “Xalq qəzeti”nin sualını cavablandırarkən dedi:

 —  Hər dəfə Azərbaycana gələndə burada gedən iqtisadi inkişafın şahidi oluruq. Ölkənizdə inşaat sektoru, neft sənayesi sürətlə inkişaf edir. Bunu Bakının müasir görünüşünə azacıq nəzər yetirməklə də müşahidə etmək olar. Qardaş Azərbaycanda gedən inkişafın şərhə ehtiyacı yoxdur. Siyasi cəhətdən də ölkəniz ayıq siyasət yürüdür. Çox həssas regionda yerləşirsiz. Bu baxımdan dövlətinizin aydın, belə dəqiq siyasət aparması vacibdir. Türkiyə ilə qardaşlıq, dostluq münasibətləri inkişaf edir. Lakin mən düşünürəm ki, bu müttəfiqlik,  qardaşlıq daha  da irəlidə olmalıdır. Bu gün bizim münasibətlərimizi gözü götürməyən kifayət qədər qüvvələr mövcuddur. Çalışmalıyıq ki, bütün sahələrdə əməkdaşlığı gücləndirək və münasibətlərimizin belə  inkişaf etməsini arzulamayan qüvvələrə heç bir şans verməyək.

 

Təqdim etdi: Anar TURAN

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında