Valentina MATVİYENKO: Bakı Beynəlxalq Humanitar Forumunu Davos Forumu adlandırmaq olar

IV Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırıb. Tədbirə dünyanın 60 ölkəsindən 500 nəfərədək nümayəndə qatılmışdı. Onların arasında dövlət xadimləri, sabiq dövlət və hökumət başçıları, dünya şöhrətli alimlər idi.

Tədbirdə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Estoniyanın sabiq prezidenti Arnold Rüütel, Xorvatiyanın sabiq dövlət başçısı Stepan Mesiç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Litvanın sabiq dövlət başçısı Vitautas Landsbergis, İtaliyanın keçmiş baş naziri Enriko Letta iştirak və çıxış ediblər.

Tədbir çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərlə söhbət edib. Xanım siyasətçi son illərdə Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksək səviyyəyə qalxdığını, ticarət-iqtisadi sahədə geniş imkanlar açıldığını bildirib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Humanitar Forumunu Davos Forumu da adlandırmaq olar. Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə dünyada sülh və sabitlik yaradılması işinə mühüm töhfələr verir. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Ölkə dünyada özünün toleranlığı ilə ad qazanıb. 

Son illərdə ölkələrimiz arasında möhkəmlənən iqtisadi əməkdaşlığı xüsusilə qeyd etməliyik. Azərbaycan Rusiya bazarına olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, ət tədarük edir. Hazırda kənd təsərrüfatı məhsullarının tədarükü üçün əlavə tələbat və imkanlar yaranıb. Bu barədə artıq razılaşmalar əldə olunub ki, bu da ticarət əlaqələrinin artmasına və genişlənməsinə gətirib çıxaracaq. Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı tədarüklərin artması ilə bağlı konkret müqavilələr imzalanıb və ən əsası, tədarük logistikasının yaradılması, tədarük üzrə nəqliyyat şəraiti haqqında razılaşmalar əldə olunub.

Hazırda kənd təsərrüfatı məshullarının artırılması, tədarüklərin genişləndirilməsi və onun istehlakçıya səmərəli çatdırılması üzrə layihə sistemi ciddi müzakirə olunur. Əminəm ki, bu həcmlər artacaq. Üstəlik, Azərbaycanın özü Rusiyaya kənd təsərrüfatı məhsulları tədarüklərinin artmasında maraqlı olduğunu bildirib. Bu, Azərbaycan üçün istehsal edilən məhsulun əlavə satış imkanı, yeni iş yerlərinin açılması, vergi ödənişlərinin artırılması və ölkədə işləyən kənd təsərrüfatı istehsalçılarına dəstək deməkdir.

 

Hazırladı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında