Piter DAYMOND: Azərbaycanın iqtisadi inkişafı heyrət doğurur

Bəlli olduğu kimi, bu günlərdə Azərbaycan paytaxtında IV Bakı Beynəlxalq Forumu keçirilir. Tədbir iştirakçıları arasında dünyanın bir sıra dövlətlərindən ölkəmizə təşrif buyurmuş nüfuzlu alimlər də var. Əməkdaşımız dünən forum iştirakçısı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim Piter Daymond ilə görüşərək ondan tədbir barədə təəssüratlarını oxucularımızla paylaşmasını xahiş etmişdir. Nüfuzlu alim bunları demişdir: 

- Birinci dəfədir ki, Bakıdayam. Dördüncü Bakı Humanitar Forumunda iştirak etməyimdən çox məmnunam. Forumun Bakıda keçirilməsi, fikrimcə, təbii və əlamətdar hadisədir. Axı, Azərbaycan bir müsəlman ölkəsi olaraq həm də sivil Qərb dəyərlərinə üstünlük verən dövlətdir. Sevinirəm ki, Azərbaycan sivil, demokratik inkişaf yolu seçib və bu istiqamətdə uğurla irəliləyir.

İqtisadiyyatda lider anlayışı var. Uğurlu lider optimal inkişaf seçimini müəyyən etməklə bərabər, insan resurslarını da səmərəli idarə etməyi bacarır. Azərbaycan dövləti də müasir dövrdə insan kapitalına xüsusi önəm verir. Bunu alqışlayıram. Təkcə neftdən gələn gəlirlərə  əsaslanan iqtisadiyyatların uğurları davamlı olmur. Azərbaycan qeyri-neft sektorunu da uğurla inkişaf etdirir. Hesab edirəm ki, sizin uğurlarınızın əsasında həm də bu amilin - iqtisadiyyatın şaxələndirilməsinin böyük təsiri var.

Bu gün Azərbaycanın davamlı iqtisadi iinkişafı, uğurları heyrət doğurur. Siz iqtisadiyyatınızı ağılla, düşünərək idarə etməyi bacarırsınız. Bu sahədə dövlət başçınızın, bütün icra strukturlarının, hökumətinizin rolunu qiymətləndirmək lazımdır.

 Mənə dedilər ki, Azərbaycanda özəl sahibkarlığın inkişafına hər cür imkan yaradılıb. Bununla bərabər, ölkə sosialyönümlü iqtisadi siyasət aparır. Bu isə əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Düşünürəm ki, ölkənizdə sabitliyin və tolerantlığın bərqərar olmasında uğurlu iqtisadi siyasətin xüsusi rolu olub.  Mən ABŞ-da sosial siyasətin tətbiqinin  faydaları ilə bağlı çoxlu elmi araşdırmalar aparmışam. Bu istiqamətdə Azərbaycanda aparılan müsbət işlər də diqqətimi cəlb etdi.  

Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumdakı çıxışını diqqətlə dinlədim. Onun ölkənin gələcəkdə daha böyük iqtisadi uğurlara imza atacağı barədə mülahizələrinə tam şərikəm və xalqınıza bu istiqamətdə uğurlar arzulayıram.

 İçərişəhərdə oldum. Çox təsirləndim. Burada sanki Azərbaycan xalqının zəngin mədəni keçmişi ilə müasir inkişafı qovuşur. Azərbaycan çox qonaqpərvər ölkədir. Sizin ölkənizə bütün dünyada böyük maraq var. Bir daha deyirəm: Yaxşı haldır ki, neftlə zəngin olan Azərbaycan çağdaş dünyamızda humantiar inkişaf və tolerantlıq nümunəsi göstərir. Bu, Azərbaycan xalqının yüksək intellektə, mədəni səviyyəyə malik olduğunu göstərir.  Azərbaycanın uğurlarının bundan sonra da şahidi olacağıma inanıram.

 

Hazırladı:

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında