Franko KARDİNİ: Azərbaycan heç bir ölkədən asılı olmayan müstəqil dövlətdir

Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumun iştirakçıları ölkəmizin sürətli inkişafını gördükcə və əsl həqiqətlərlə yaxından tanış olduqca  Azərbaycanın heç kimdən asılı olmayan müstəqil dövlət  kimi dünya birliyinə inteqrasiyasından məmnunluqlarını ifadə edirlər.  Tədbir iştirakçıları respublikada  quruculuq prosesinin, iqtisadi-siyasi islahatların uğurla aparıldığını, bütün qonşularla çox gözəl, səmimi münasibətlərin qurulduğunu bildirirlər.

Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu forumda siyasət nəhəngləri, ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, parlamentarilər və diplomatlar, merlər və digər yerli hakimiyyət orqanlarının, rəhbərləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri,  media mənsubları, mədəniyyət ekspertləri və tanınmış ziyalılar iştirak edirlər.

Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, tələbələr və media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə  Florensiya Universitetinin professoru Franko Kardini sualları cavablandırarkən maraqlı açıqlamalar verib. O, tədbirdə ölkəmiz haqqında deyilənlərlə tam razılaşdığını bildirb. Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışarkən deyib ki, bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin regionda artan nüfuzunun nəticəsidir: “Azərbaycan gündən-günə inkişaf edir. Bunu apardığımız müşahidələrdə təsdiqləyir”.

 F.Kardini belə bir tədbirin  Azərbaycanda keçirilməsini  beynəlxalq birliyin bu ölkəyə olan inam və etimadının nəticəsi olduğunu bildirib.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında