Aureliya QRİQORİU: Dünya ictimaiyyətinin beynəlxalq terrorizmə qarşı mübarizəsi Qarabağın işğaldan azad edilməsindən başlamalıdır

Dördüncü Bakı Humanitar Forumu da Azərbaycanda təşkil edilən digər beynəlxalq tədbirlər kimi çox yüksək səviyyədə keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimindəki nitqində çox aktual məsələlərə toxundu.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu AzərTAc-a müsahibəsində deyib.

Qonaq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox dəqiq və lakonik şəkildə beynəlxalq terrorizmə qarşı mübarizədə ölkənin və beynəlxalq ictimaiyyətin qarşısında duran vəzifələri diqqətə çatdırıb. Prezidentin fikirləri Forumun rəsmi açılışında çıxış edənlər tərəfindən də dəstəkləndi. Onlar da Azərbaycanın ermənilər tərəfindən zəbt edilmiş ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik rayonların azad edilməsini xüsusi qeyd etdilər. Hesab edirəm ki, dünya ictimaiyyətinin beynəlxalq terrorizmə qarşı mübarizəsi Qarabağın işğaldan azad edilməsindən başlamalıdır.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında