Angeliki Ziaka: Azərbaycandakı tolerantlıq digər ölkələr üçün çox yaxşı nümunədir

Azərbaycandakı mövcud tolerantlıq digər ölkələr üçün çox yaxşı nümunədir.  Bu sözləri AzərTAc-a müsahibəsində mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçısı, Yunanıstanın Aristotel Universitetinin ilahiyyat üzrə professoru xanım Angeliki Ziaka deyib.

Yunanıstanlı alim bildirib ki, Azərbaycanda tolerantlığın qədim tarixə malik olmasının əsas səbəbi ölkədə müxtəlif dinlərin və dini təriqətlərin təşəkkül tapmasıdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ərazisində fərqli dinlərə və dini təriqətlərə mənsub insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar.

A.Ziaka vurğulayıb ki, 2014-cü il üzrə mübadilə görüşü tanınmış din və mədəniyyət xadimlərinin iştirakı ilə fikir və təcrübə mübadiləsinin aparılması, müvafiq problemlərin həlli üçün ümumi rəyə gəlinməsi baxımından əlverişli imkan oldu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında