Bu tur-aksiya şagirdlərin dünyagörüşünün artmasında müsbət rol oynayacaq

 

Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri, ulu Nizaminin vətəni Gəncəyə səfərimiz hər birimizin qəlbində əbədi iz qoyacaq. Burada aparılan abadlıq və quruculuq işləri qədim diyarın bugünkü dinamik inkişafının əyani göstəricisidir.

Xüsusilə 450 hektarda salınmış Heydər Əliyev parkına heyran olduq. İndiyədək Gəncədə gedən yenidənqurma işlərini televiziya vasitəsilə seyr edirdik. Ancaq bu gün prosesin canlı  şahidi oluruq. Bizə bu imkanı yaradan, öz xalqını sevən, onun daha firavan gələcəyi inkişafı çalışan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın Lənkəran- Gəncə-Göygöl-Şəmkir marşrutunun qrup rəhbəri Asif İmanlı AzərTAc-a müsahibəsində deyib. O, əminliklə qeyd edib ki, bu səfər Lənkəran məktəblilərinin dünyagörüşünün artmasında müsbət rol oynayacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında