Səfir İbrahim HACIYEV: Prezident bizə daim axtarışda olmağı və yeni əməkdaşlıq formaları barədə düşünməyi tövsiyə etdi

– Dövlət başçımızın hər iki ildən bir diplomatik xidmət orqanları rəhbərləri ilə görüşməsi və qarşıda duran vəzifələrin yenidən müzakirəyə çıxarılması xarici siyasət kursumuzun daha dəqiq və daha səmərəli şəkildə reallaşdırılmasına zəmin yaradır. Çünki bu görüşlərin hər birində fərqli bir məsələ daha çox qabardılır və önə çəkilir. Bu görüşdə isə cənab Prezidentin xüsusi tövsiyəsi ondan ibarət oldu ki, Azərbaycanı xaricdə təmsil edən diplomatlar daim axtarışda olmalı və yeni əməkdaşlıq formaları barədə düşünməlidirlər. Bütün bunlar isə son nəticədə işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad olunmasına xidmət etməlidir. Dövlət başçımız bildirdi ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Çünki Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcəkdir.

Bu fikirləri Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev dövlət başçımızın diplomatik xidmət orqanlarının rəhbərləri ilə görüşündən sonra demişdir. Səfir Prezident İlham Əliyevin nitqindən sitat gətirərək qeyd etmişdir ki, xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışan Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini dedi. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən Prezident müsəlman ölkələri ilə əlaqələrdən danışdı və qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.

Azərbaycanın Şərqlə Qərb arasında balanslaşdırıcı mövqe tutduğunu xüsusilə vurğulayan dövlət başçımız qeyd etdi ki, Avropa ölkələri ilə ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanlarımız var və Asiya dövlətləri ilə də əməkdaşlığımız son illərdə sürətlə inkişaf edir. Prezident görüşdə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışdı, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd etdi. Enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb edən Prezident vurğuladı ki, bu imkanlar xarici siyasətimizə müsbət təsir göstərir. Bildirdi ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş, konseptual yanaşmaya söykənən siyasəti vardır və qazandığımız uğurların hamısı məhz bu siyasətə əsaslanır.

 

Qələmə aldı:

İ.MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında