“Bu möhtəşəm tədbir xarici siyasətimizə yeni nəfəs gətirəcək”

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir. Tədbirin mahiyyəti, Prezident İlham Əliyevin çıxışı, dövlətimizin bugünkü xarici siyasəti barədə  Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev aşağıdakıları bildirmişdir:

– Bu möhtəşəm tədbir, zənnimcə, Azərbaycanın bu günə qədər yürütdüyü xarici siyasət xəttinə yeni bir nəfəs gətirəcək. Çünki Azərbaycan Respublikasının inkişafı və dünyada qəbul olunması heç bir ölkənin nəzərindən qaçmır və ölkəmizin durmadan artan siyasi çəkisi hamı tərəfindən maraqla izlənilir. Əksər ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarımızın olması da bunu bir daha sübut edir. Bütün ölkələr Azərbaycanın onlarda diplomatik nümayəndəliyinin olmasında maraqlıdır. Bu nüfuzu biz az bir müddətdə qazanmışıq. Ölkələr var ki, onların müsəqillik tarixi bizdən də əvvəldir, lakin inkişaf səviyyəsi, həmçinin beynəlxalq arenada nüfuzu bizimlə müqayisə olunmayacaq qədər azdır. Əminliklə deyərdim ki, uğurlarımızın bu səviyyədə olması Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və sağlam siyasətin nəticəsidir. Sonuncu müşavirədə Prezident İlham Əliyev dövlətimizin xarici siyasəti barədə geniş məzmunlu nitqində qeyd etdi: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.   Həqiqətən də, bu gün Azərbaycan az  ölkələrdəndir ki, özü öz gələcəyini  müəyyən edir, müstəqil siyasət aparır. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də Azərbaycanın  iqtisadi müstəqilliyinin tam təmin edilməsidir. Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. İstər Dağlıq Qarabağ münaqişəsinin həllində, istərsə də dünyanın hegemon dövlətləri ilə münasibətlərdə milli maraqlarımızı qətiyyətlə müdafiə edə bilək.

 

Anar TURAN,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında