Səfir Yaşar ƏLİYEV: Bu ənənə milli diplomatiyamızın sürətli inkişafını təmin edəcəkdir

– Dövlət başçısının  xarici ölkələrdəki diplomatik missiyalarımızın rəhbərləri ilə dövri olaraq görüşməsi, xarici siyasətdə qazandığımız nailiyyətlərin yada salınması və qarşıda duran vəzifələrin konkretləşdirilməsi istiqamətində müzakirələrin aparılması artıq bir ənənə şəklini alıb. Fikrimcə, bu ənənə təkcə gənc müstəqil dövlətimizin xarici siyasətdəki qüdrətinin nümayiş etdirilməsi üçün deyil, həm də milli diplomatiyamızın sürətli inkişafına zəmin yaradılması baxımından önəmlidir. Çünki cəmiyyət həyatının digər sahələrindən fərqli olaraq diplomatiya həddən artıq həssas və spesifik bir sahədir.

Bu fikirləri müxbirimizə Azərbaycanın BMT  yanındakı daimi nümayəndəsi, səfir Yaşar Əliyev söyləmişdir. Diplomat Prezident İlham Əliyevin görüşdəki nitqinə toxunaraq demişdir:

– Dövlət başçımız haqlı olaraq söylədi ki, bizim  gənc müstəqil dövlət kimi  böyük diplomatik və siyasi uğurlarımızdan biri də  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər zamanı əldə etdiyimiz nailiyyət idi: “Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik”. Biz diplomatlar dövrü olaraq keçirilən bu görüş və müzakirələri  yüksək qiymətləndirir və həmin toplantıların uğurlu nəticələrini gözləyirik.

Səfir Mahir Əliyev: Belə görüşləri dünyada gedən ictimai - siyasi proseslər tələb edir – Bu, bir faktdır ki, Azərbaycan xalqı  öz dövlət müstəqilliyini bərpa etdikdən sonra  xarici siyasəti daxili siyasətin davamı kimi qiymətləndirmiş və bu xəttə sədaqət nümayiş etdirmişdir. Ancaq  belə bir həqiqət də vardır ki, diplomatiya daxili siyasətə nisbətən daha böyük çeviklik tələb edən sahədir. Çünki istənilən dövlətin daxilindəki ictimai-siyasi proseslərə nisbətən beynəlxalq aləmdə bu  qəbildən olan daha çox proseslər gedir. Azərbaycan kimi beynəlxalq aləmə açıq olan bir ölkə isə istənilən məsələyə münasibət bildirməli olur. Yəni, xarici siyasət kursunu istənilən dövlət öz xalqının maraqları əsasında qurur. Bizim xalqımızın əsas marağı isə düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsindən ibarətdir. Bir çox beynəlxalq qüvvələrin uzun illər bu sahədə  durğunluq nümayiş etdirməsindən sonra dünyada münaqişələrin tezliklə həll olunmasına cəhdlər tendensiyası yaranmışdır. Ona görə də adı çəkilən görüş kimi tədbirlərin dünyada gedən ictimai-siyasi proseslərlə bağlılığını söyləyə bilərik.

Bu fikirləri müxbirimizə Azərbaycanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri  Mahir Əliyev söyləmişdir. Diplomat  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin adı çəkilən tədbirdəki nitqinə toxunaraq demişdir ki, bizim xarici siyasətlə bağlı əsas problemimiz  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişik ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.

 

Qələmə aldı:

İ. MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında