Səfir Abbasəli HƏSƏNOV: Azərbaycan çevik və qətiyyətli xarici siyasət kursu həyata keçirir

Bu günlərdə Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir. Əməkdaşımız müşavirə iştirakçısı, Azərbaycanın Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovla görüşmüş, ondan bu mühüm tədbir haqqında təəssüratını oxucularla bölüşməsini xahiş etmişdir. Səfir demişdir:

– Azərbacan Prezidenti İlham Əliyevin müşavirədəki parlaq və dərin məzmunlu nitqi bütün tədbir iştirakçıları kimi, məndə də zəngin və silinməz təəssürat oyatdı. Möhtərəm Prezident müstəqil ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərini açıqladı, hazırkı dönəmdə Azərbaycan diplomatlarının qarşısında duran mühüm və məsuliyyətli vəzifələri bir daha vurğuladı.

Azərbaycanın uğurlu xarici siyasət kursunun möhkəm və etibarlı bünövrəsi dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sonsuz qürur və iftixar doğuran odur ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinə, iqtisadi imkanlarının və hərbi qüdrətinin artırılmasına, xalqımızın dünya xalqları içərisində layiq olduğu yüksək müsbət imicinə xidmət edən bu xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqları nəzərə alınaraq prinsipial şəkildə uğurla davam etdirilir.

Azərbaycan diplomatiyasının hazırda ən mühüm vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinə nail olmaq, işğalçı dövlətin və onun radikallaşmış lobbisinin cinayətkar mahiyyətini açmaq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kimi taleyüklü problemin ədalətli həllini sürətləndirməkdir. Danılmaz faktdır ki, Azərbaycan dövləti və diplomtiyamız bu gün bu istiqamətdə, həqiqətən, çevik və qətiyyətli siyasət həyata keçirir.

Hər kəsə bəllidir ki, bu gün Azərbaycan dövləti öz güclü, xarizmatik dövlət başçısının müdrik rəhbərliyi altında müstəqil xarici siyasət kursu yeridən, hazırkı çətin və mürəkkəb dünyada öz milli maraqlarını qətiyyətlə qorumağı bacaran, təcavüzkar Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə dost, sülh münasibətləri qurmağa çalışan və buna nail olan, sürətlə tərəqqi edən ölkə kimi tanınır. Azərbaycanın müasir sülhpərvər, humanist siyasəti, zəngin mədəniyyəti xalqımızın sivil dünya xalqları ailəsində nüfuzunun artmasına səbəb olur.

Düşünürəm ki, Azərbaycan diplomatiyası bu gün keyfiyyətcə yeni, daha uğurlu mərhələyə qədəm qoymuşdur. Müşavirədə Azərbayan diplomatiyası qarşısında duran böyük hədəflər və onlara uğurla nail olmağın yolları bir daha göstərildi. Bu mənada müşavirənin praktik əhəmiyyəti olduqca böyükdür.

İnanıram ki, diplomatik orqanların əməkdaşları dövlət başçımızın irəli sürdüyü tarixi vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün intellekt və  məharətlərindən faydalanmağa çalışacaq, Azərbaycan dövlətinə və xalqına sonsuz ehtiram və sədaqətlərini daim nümayiş etdirəcəklər.

 

Söhbəti yazdı:

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında