“İrəli” İctimai Birliyi Azərbaycan cəmiyyəti üçün hələ çox işlər görəcəkdir

Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı dövlət səviyyəsində aparılır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında  bütün sahələr üzrə layiqincə davam və inkişaf etdirilir.

O cümlədən “İrəli” İctimai Birliyi  kimi təşkilatların timsalında Azərbaycanda gənclər siyasətinin inkişafı uğurla davam edir. Bu sözləri Demokratik İslahatçı Gənclər Birliyinin idarə heyətinin sədri Vüsalə Hüseynli “İrəli” İctimai Birliyinin fəaliyyəti və sonuncu hesabat-seçki konfransı barədə fikirlərini bölüşərkən dedi.

V. Hüseynli qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyinə böyük diqqət və qayğı göstərilməkdədir. Azərbaycan gənclərinin mütləq əksəriyyəti Prezidentimizin, dövlətimizin gəncliyə qayğısını qiymətləndirir və bu qayğıdan faydalanır. Gənclərimizin daha yaxşı təhsil alması, dərin biliklərə yiyələnməsi onlara göstərilən qayğının bilavasitə nəticəsidir. Azərbaycan gəncliyinin çoxsaylı fəal üzvlərinin birləşdiyi qurumlardan biri də “İrəli” İctimai Birliyidir. Mən gənclərimizin “İrəli” tərkibində bu dinamikanın ildən- ilə artmasını ölkəmizdə həyata keçirilən dövlət siyasətinin bariz ifadəsi kimi yüksək qiymətləndirirəm. Belə münasibət olmasaydı, yəqin ki, təşkilatın sıralarına bu qədər axın olmazdı. Onu da qeyd etmək istərdim ki, gənclərimiz bu təşkilat sıralarında say artırmaq funksiyasından daha çox  vacib, prioritet əhəmiyyətli bir missiyanı öz üzərlərinə götürüblər. Bu gün etiraf etmək lazımdır ki, ölkə gənclərinin etibar etdiyi qurumlardan biri də “İrəli” İctimai Birliyidir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası gənclərin maraqla gözlədikləri onların əmək və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı olan meyarlar sisteminin tətbiqidir. Bu məqama xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev “Prezident mükafatı”nın təsis edilməsi haqqında fərman imzalamışdır. “İrəli” İctimai Birliyinin tərkibində elmin, mədəniyyətin, təhsilin, ədəbiyyat və incəsənətin, ictimai fəaliyyətin inkişafında xüsusi fərqlənən gənclər toplanmışdır. Sonuncu tədbirdə – iyunun 27-də  “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransının yüksək səviyyədə təşkili, dövlət rəsmilərimizin orada iştirakı, çıxışları, yeni sədr seçkisi və digər məsələlər göstərdi ki, bu təşkilat ölkə gəncliyi arasında xüsusi çəkiyə malikdir və fikrimizcə, “İrəli” Azərbaycan cəmiyyəti üçün hələ çox işlər görəcəkdir.

 

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında