Azərbaycan Qərbdən yalnız ədalət tələb edir

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında  möhtəşəm nitqi ölkə ictimaiyyətində böyük maraq doğurmuşdur. 

Dövlət başçımızın cəsarətlə AŞPA deputatlarının bütün suallarını cavablandırması və Ermənistan tərəfi tutarlı arqumentlərlə susdurması istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə rəğbətlə qarşılanmışdır. Ekspertlər ölkə rəhbərinin bu çıxışını yüksək dəyərləndirmiş və maraqlı şərhlər vermişlər.

Bakı Dövlət Universitetinin dosenti, siyasi şərhçi, Vüqar Zifəroğlu bildirmişdir:

 – Prezident İlham Əliyevin dərin məzmunlu nitqində vurğuladığı kimi, Azərbaycan üçün Qərb ölkələri ilə fəal ikitərəfli əməkdaşlıq və Avropaya inteqrasiya prioritetdir. Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Lakin bütün bunlara rəğmən, Qərbin hələ də problemə baxışda ikili standartlara yol verməsi təəssüf doğurur. 

 Dövlət başçımızın qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının bir neçə saat ərzində icra edilən qətnamələrindən fərqli olaraq, Qarabağla bağlı qərarların 20 ildən artıqdır ki, sadəcə, kağız üzərində qalması beynəlxalq təşkilatların fəaliyyətinə etimadı azaldır.

 Möhtərəm Prezidentimizin çıxışında qarşı tərəfin BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına məhəl qoymamasına diqqət yönəltməsi, əslində, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları bu məsələyə daha həssas olmağa çağırış kimi qiymətləndirilməlidir. Belə ki, münaqişə, ilk növbədə, bütünlükdə, regionun iqtisadi yüksəlişini əngəlləyən və regiondakı sabitliyi hər zaman təhdid altında saxlayan əsas amillərdən birincisi hesab edilə bilər. Halbuki, Azərbaycan bu gün imza atdığı böyük və əhəmiyyətli iqtisadi layihələrlə bölgənin ən aparıcı dövlətinə çevrilməkdədir.  Prezidentin də bildirdiyi kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Cənub Qaz Dəhlizinin  təşəbbüskarıdır, nəhəng “Trans-Anadolu”, “Trans-Adriatik” layihələrini uğurla həyata keçirməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək.  Fikrimcə, Prezident İlham Əliyevin növbəti qətiyyətli çıxışı həm Ermənistan rəsmiləri, həm də onların havadarları üçün bir dərs oldu. Bundan nəticə çıxarmağa hər iki tərəf tələsməlidir. Əks-halda Azərbaycan həmin dövlətlərlə münasibətlərinə yenidən baxa bilər. Çünki, bu gün bizim statusumuz buna imkan verməkdədir. Azərbaycan Qərbdən  yalnız ədalət tələb edir !

 

Qələmə aldı:

Anar TURAN,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında