Azərbaycan gəncliyi gələcəyin qarantıdır

“İrəli” İctimai Birliyi  ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhrələnən təşkilatlardan biridir. Bu təşkilatın qarşıya qoyduğu prioritet vəzifələrdən biri gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin dünya birliyində reytinqinin daha da yüksəlməsi və Azərbaycan reallıqlarının beynəlxalq aləmə olduğu kimi çatdırılmasıdır.

Gəlin etiraf edək ki, son illər bu təşkilatın fəaliyyətində müəyyən mənada durğunluq yaranmışdı və qarşıya qoyulan vəzifələrin icrasında  əvvəlki fəallıq nəzərə çarpmırdı. Biz təşkilatın IV hesabat-seçki konfransında səsləndirilən fikirlərdə də bunun şahidi olduq.

Hesabat-seçki konfransında təşkilatın rəhbərliyi yeniləndi və mən inanıram ki, yeni rəhbərlik qarşıya qoyulan vəzifələrin icrasında yüksək fəallıq göstərəcək. Çünki mən yeni seçilən heyətin təşkilatçılıq qabiliyyətinə, fəaliyyətinə və savadına yaxından bələdəm.

 Hesabat-seçki konfransında da  Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan gəncliyini yüksək qiymətləndirdi və dedi ki,  Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.  

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimizə göstərilən diqqət və qayğı bir daha təsdiqləyir ki, müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Ölkəmizin reytinqinin beynəlxalq aləmdə sürətlə yüksəlməsi bir daha təsdiqləyir ki, bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Bu inkişaf, təbii ki, gənclərimizin qarşısında  yeni imkanlar açır. Yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Etiraf edək ki, müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Unutmamalıyıq ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti var. Ona görə də biz gənclər bütün imkanlarımızdan səmərəli istifadə etməli, Azərbaycanın dünya birliyində artan nüfuzu istiqamətində bütün imkanlarımızdan səmərəli istifadə etməliyik.

Azərbaycan  Prezidenti  İlham Əliyevin son illər gəncliyin inkişafı ilə əlaqədar imzaladığı mühüm əhəmiyyətli sənədlər biz gənclər qarşısında geniş imkanlar açıb. Gənclərlə birbaşa bağlı olan “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu proqramların  icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində əhəmiyyətli  dəyişikliklər baş verib. Son illər gənclərimizin beynəlxalq aləmdə qazandığı uğurlarda bilavasitə bu proqramların böyük rolu olmuşdur. Bundan başqa, vətənpərvərlik tərbiyəsi sahəsində mütəmadi olaraq davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmiş, ölkəmizin  ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür  şərait yaradılmışdır.

Biz bütün bunlardan bəhrələnərək Azərbaycanın dünya birliyindəki reytinqinin daha da yüksəlməsi və mövqelərinin möhkəmləndirilməsi istiqamətində birlikdə fəaliyyət göstərməliyik. Gənclik böyük qüvvədir. Biz bu qüvvəmizi Azərbaycanın çiçəklənməsi üçün sərf etməliyik.

 

Vüqar QƏDİROV,

 Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında