“İrəli” İctimai Birliyinin ətrafına intellektli, vətənpərvər gənclər toplaşır

“İrəli” İctimai Birliyinin iyunun 27-də keçirilmiş dördüncü hesabat-seçki konfransının materialları ilə tanış olan istənilən oxucu və ya tamaşaçıda belə qənaət yarandı ki, Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı fəallığının artmasında, hər bir fərdin siyasi dünyagörüşünün, intellektual səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissələrindən olan dövlət gənclər siyasətinin böyük əhəmiyyəti vardır. Məhz bu siyasət nəticəsində ölkə gəncliyinin mütəşəkkilliyi təmin edilmiş, cəmiyyətin aparıcı qüvvələrindən biri olan bu zümrənin milli Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirilməsinə nail olunmuşdur. Ölkədə sayı 300-dən çox olan gənclər təşkilatlarından biri kimi “İrəli ” İctimai Birliyinin fəaliyyəti də məhz azərbaycançılıq, milli dövlətçilik ideyaları əsasında qurulub. Qurumun dördüncü hesabat -seçki konfransından sonra ölkə gənclərinin bir neçəsinin bu toplantıya, orada müzakirə olunan məsələlərə və qəbul edilən qərarlara münasibətini öyrəndik.

 

Müqamət ƏLİYEV,

Gənc Vətənpərvərlər Birliyinin sədri:

– “İrəli”nin uğurları və göstəriciləri barədə söz açmazdan qabaq bir məqamı yada salmaq istəyirəm. Şəxsən mən bu konfransa qədər elə bilirdim ki, “İrəli” İctimai Birliyi də gündəlik həyatımızdakı adi təşkilatlardan biridir. Ancaq qurumun son iki ildə həyata keçirdiyi tədbirlər barədə hesabatla tanış olanda öyrəndim ki, birliyin 2012-ci il mayın 5-də keçirilmiş III konfransından ötən müddətdə təşkilata 8432 yeni üzv qoşulmuşdur. “İrəli” fəalları 231 xarici tədbirdə iştirak etmiş, 43 yeni, 14 beynəlxalq tərəfdaşlıq əlaqəsi yaradılmış, 28 onlayn aksiya keçirilmişdir. Konfransda qeyd edildiyi kimi, birlik son iki ildə 412 yeni, o cümlədən 43 beynəlxalq layihə reallaşdırmışdır. Bu layihələrdə ümumilikdə 65 min nəfər iştirak etmişdir. “İrəli” tərəfindən bu illərdə müxtəlif sahələrə aid 1126 təlim təşkil edilmişdir.

 Diqqət yetirin, bu quruma cəmi iki ildə 8400-dən çox yeni üzv qəbul olunub. Bu, kiçik göstərici deyil. Bu qədər qüvvə ilə Azərbaycanın hansısa probleminin həllinə başlamış olsaq, mütləq ən yüksək nailiyyətə imza ata bilərik. Əminəm ki, biz adıçəkilən konfransdan sonra daha mütəşəkkil və daha qüdrətli olacağıq.

 

Əli QƏMBƏRLİ,

YAP Gənclər Birliyinin üzvü:

– Konfransda əhatəli çıxış edən Prezident Administrasiyası ictimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. İnanıram ki, “İrəli” İctimai Birliyində cəmləşən gənclərin hamısı məhz bu şəxsi keyfiyyətlərə malikdir. Ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik yaradıldıqdan sonra gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır. “İrəli” İctimai Birliyinin fəaliyyətinə bu şəkildə diqqət ayrılması və qayğı göstərilməsi də məhz həmin proqramların, tədbirlər silsiləsini tərkib hissəsi kimi qəbul edilməlidir. Bir az da dəqiqləşdirsək, biz daha mükəmməl bir missiyanın icrasına start verdik. Bu missiya xalqın və dövlətin bizdən gözlədiklərini reallaşdırmaqdan ibarətdir.

 

Leyla KƏRİMOVA,

YAP Gənclər Birliyi ofisinin layihələr üzrə koordinatoru:

– Mən də həmin məsələnin üzərində dayanmağı məqsədəuyğun hesab edirəm. Belə ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri məhz gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Gəlin diqqət yetirək. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Əminəm ki, adı çəkilən konfransdan sonra “İrəli” İctimai Birliyinin fəaliyyəti bütövlüklə milli dövlətçiliyimizin qorunması və azərbaycançılıq ideologiyasının daha geniş təbliğ olunması istiqamətinə yönələcəkdir.

 

Qələmə aldı:

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında