Məktəblərimizdə dərslik problemi olmayacaq

Son illər ölkəmizdə həyata keçirilən təhsil islahatı yeni nəsl dərsliklərin yaranmasına da əsaslı təsir göstərmişdir. Bu gün müstəqil Azərbaycan məktəblərində dərsliklər şagirdlərə pulsuz verilir, onların keyfiyyətinə diqqət artırılır. Ulu öndər Heydər Əliyevin dərsliklərin milli xüsusiyyətlərə uyğunlaşdırılması tövsiyəsi artıq reallaşmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dərslik islahatının uğurla həyata keçirilməsinin təmin olunmasını daim dəstəkləyir. Doğrudan da, son vaxtlar ümumtəhsil məktəblərində dərslik problemləri demək olar ki, həll olunmuşdur. Yeni dərs ilində bu sahədəki vəziyyəti öyrənmək məqsədilə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıya müraciət etdik.
Faiq müəllim ilkin olaraq bildirdi ki, artıq Azərbaycanın orta ümumtəhsil məktəblərində bu problem demək olar ki, həll olunmuşdur. Ölkədə keçirilən kurikulum islahatı ilə bağlı hər il mərhələli şəkildə aşağı siniflərdən başlayaraq yeni dərsliklərin hazırlanması və nəşri bu sahədə demək olar ki, mühüm yenilikdir.
2010 - 2011-ci illər üçün ayrılmış dövlət vəsaiti hesabına 111 adda dərslik və müəllimlər üçün vəsaitin çapını planlaşdırmışıq. Bunun 40-ı 3-cü sinfə aid olanlardır və bu kurikulum islahatı ilə bağlıdır. Onlardan 2 lot üzrə - alman və fransız dilləri ilə bağlı dərsliklər barədə təklif daxil olmamışdır. Ona görə də 36 dərslik qəbul etmişik. Bu dərslik komplektləri artıq çapa hazırlanır.
2008 - 2009-cu tədris ilindən 1-ci siniflər üçün ötən il isə 2-ci siniflər üçün kurikulum dərslikləri hazırlanmış, bu il 3-cü sinif, gələn il isə 4-cü siniflər üçün belə dərslik komplektləri hazırlanacaq. 1-ci sinif üçün rus bölmələrinin "Azərbaycan dili" dərsliyi o vaxt hazırlanmamışdı. Artıq, onu da bu il çap edirik. Bundan başqa, 1-ci sinif dərsliklərini təkrar 30 faiz də əlavə buraxacağıq.
Bu il 4-cü siniflər üçün dərsliklər çap etmirik. Çünki növbəti ildə biz kurikulum üzrə yeni dərsliklər hazırlayacağıq.
İbtidai siniflər üçün dərsliklərin hazırlanması sahəsindəki vəziyyətlə bağlı bir məsələni də qeyd etmək istərdim. Bu il Qəbələ rayonunun Nij kəndində yaşayan udinlər üçün 2-ci sinif dərslikləri də hazırlanacaq. Başqa milli azlıqlar üçün 1 və 2-ci siniflər üçün dərsliklər hazırlanıb vaxtında məktəblərə verilmişdir.
Faiq müəllim 5 və 11-ci siniflər üçün çap olunan dərsliklər barədə də məlumat verdi. Bildirdi ki, 5-ci siniflər üçün də kurikulum dərslikləri hazırlandığından bu il həmin siniflər üçün yeni dərsliklər olmadı. Bazamızda, eləcə də məktəblərimizin fondlarında bu dərsliklər kifayət qədərdir.
6-cı siniflər üçün bir neçə dərslik çap olmuş, 7-ci siniflər üçün isə dərsliklərimiz ehtiyatda kifayət qədərdir.
8-11-ci siniflər üçün isə yeni nəşr olunan xeyli dərsliklər vardır. 111 dərsliyin 40-ı 3-cü siniflər üçün nəzərdə tutulmuşdu. Qalan 71 adda dərslik və dərs vəsaitlərinin demək olar ki, 90 faizi hazırdır. Təkcə 11-ci siniflərin "Ədəbiyyat" dərsliyi gecikdirilmişdi, o da artıq hazırdır. Bu dərsliklər içərisində təkrar nəşrərlə yanaşı, yeni dərsliklər də var. Məsələn, 9-cu siniflər üçün "Coğrafiya" dərsliyi. Bundan başqa, 9-cu siniflər üçün "Azərbaycan Respublikasının Konstitusiyası" dərsliyi də yenidir. 11-ci siniflər üçün "İnformatika" dərsliyi də belələrindəndir.
11-ci siniflər üçün "Ədəbiyyat" dərsliyinə də müəyyən əlavələr olunmuşdur. Oraya Mirzə İbrahimov, Tofiq Bayram, Qurban Səid haqqında və s. əlavələr olmuşdur.
Bu il dövlət büdcəsində dərsliklərin nəşri üçün 8 milyon manat vəsait ayrılmışdır ki, bu da ötən ilki ilə təxminən eynidir.
Nəşriyyatların çap etdikləri dərsliklərin poliqrafik icrasına münasibətini bildirən Faiq Şahbazlı qeyd etdi ki, nəşr olunan kitablar bu cəhətdən bizi qane edir. Avropa ölkələrində, Amerikada çap olunan kitablarla tanışlığımız bunu deməyə əsas verir ki, bizim nəşriyyatlar bu sahədə heç də onlardan geri qalmırlar. "Çaşıoğlu", "Təhsil", "As Poliqraf", "Bakı", "Altun kitab", "Kövsər" kimi nəşriyyatlar kifayət qədər keyfiyyətli dərsliklər çap edirlər.
- Yerlərdən dərsliklərin keyfiyyəti ilə bağlı şikayətlər almırsınız ki?
- Mən istəyirəm ki, bu məsələni daha geniş şərh edək. Müəllimlərdən belə təklif xarakterli məlumatlar daxil olur. Məsələn, yaxınlarda Naxçıvandan bir müəllim "İnsan və cəmiyyət", "Tarix" dərslikləri ilə bağlı öz qeydlərini göndərmişdi. Bu il "İnsan və cəmiyyət" dərsliyində artıq xeyli yeniliklər vardır. Bizim variativ dərsliklərimiz var, onlar bir neçə fənnə aiddir. Eyni dərsliyin bir neçə variantı olur, biz seçimi məktəblərə veririk. Onlar haqqında rəyləri toplayırıq ki, gələcəkdə vahid dərslik yarada bilək. Əsas olan budur ki, pedaqoji ictimai fikir öyrənilir.
Nazir Misir Mərdanovun təkidi ilə biz qabaqcıl orta məktəb müəllimlərini dərsliklərin hazırlanması prosesinə cəlb etmişik. Bu bizə çox kömək etdi. Artıq bilirik ki, şagirdlərlə dərsliklər arasında uçurum yoxdur. Əvvəllər belə məsələlər var idi. Elə dərsliklər olurdu ki, onlarda akademizm yüksək idi və s. Amma indi belə problemlər aradan qaldırılmışdır. Məsələn, 11-ci sinif üçün "Ədəbiyyat" dərsliyini orta məktəb müəllimləri o qədər cilaladılar ki, artıq yetkin bir dərsliyə çevrildi. Və yaxud, 8-9-cu siniflər üçün "Azərbaycan dili" dərsliyini götürək. Professor Yusif Seyidovun bu dərsliyinə gələn təkliflərə müəllif çox müsbət yanaşdı. Məcnun Babayevin dərsliyində də belə təkliflər qəbul olundu. Dərsliklər hazırlanarkən orta məktəb müəllimlərinə oxudulur. Qəzetiniz vasitəsi ilə bizə köməklik göstərən bütün müəllimlərə, ekspertlərə təşəkkürümüzü bildirirəm.
- Məktəblərə dərsliklərin çatdırılıması mexanizmi necə qurulmuşdur?
- Dərslikləri 105 faiz həcmində çap edirik. Hər 100 şagirdə 105 kitab göndərilir. Çünki məktəbə yeni şagird gələ bilər, kitablarda çap zamanı müəyyən problemlər ola bilər və s.
Nəşr olunan həmin kitabları bazaya göndəririk. Oradan isə yerlərə verilir. Bu gün dərsliklərin 70 faizdən çoxu paylanmışdır. Rayonlara, Naxçıvan MR-ə dərsliklər göndərilmişdir. Bakı məktəbləri isə yaxın vaxtlarda dərslikləri tam şəkildə alacaqlar.
Faiq müəllim sonda onu da vurğuladı ki, xaricdə yaşayan həmyerlilərimiz də nəzərdən qaçırılmayıb. Hər il olduğu kimi, bu dərs ilində də onlara dərsliklərin göndərilməsi planlaşdırılmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında