Patrik Hikki: Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi mühüm hadisədir

 

 

Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi mühüm hadisədir. Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.

Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki AzərTAc-ın müxbirinə müsahibəsində demişdir.

Azərbaycana hər dəfə səfərindən məmnunluq duyduğunu dilə gətirən P. Hikki ölkəmizdə bütün sahələrdə böyük inkişafın müşahidə olunduğunu xüsusi vurğulamışdır.

Mütəmadi şəkildə idman komitələrinin rəhbərləri, eləcə də Azərbaycanın gənclər və idman naziri ilə görüşlərin keçirildiyini bildirən AOK-un prezidenti Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirmişdir.

P. Hikki Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu bildirərək demişdir: “Düşünürəm ki, “Bakı - 2015” ilk Avropa Oyunları artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın bu sahədə nüfuzunu daha da artıracaqdır. Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bakıda təşkil olunacaq Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcəkdir. Səkkiz idman növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaqdır. Maliyyə və texniki məsələlərlə bağlı işlər də yüksək səviyyədə həyata keçirilir. Qısa müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurlar əldə edilmişdir”.

AOK-un prezidenti Patrik Hikki Azərbaycan hökumətinə verdiyi dəstəyə görə təşəkkür etmiş, indiyə qədər görülən işlərin ilk Avropa Oyunlarının yüksək səviyyəsində keçirilməsinə imkan yaratdığını bildirmişdir.

P.Hikki Atletlər Kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmış və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etmiş, burada güclü və peşəkarlardan təşkil olunmuş komandanın çalışdığını xüsusi vurğulamışdır.

Anar RZAYEV,

AzərTAc-ın müxbiri

Antalya

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında