ABŞ-a birbaşa uçuşlara icazə verən “1-ci dərəcə” statusunun əldə edilməsi Azərbaycan aviasiyasının inkişaf göstəricisidir

 

 

 

ABŞ-a birbaşa uçuşlara icazə verən “1-ci dərəcə” statusun əldə edilməsi Azərbaycan aviasiyasının inkişaf göstəricisidir. 

Bu sözləri müsahibəsində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev demişdir.

O qeyd etmişdir ki, Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradan “1-ci dərəcə” statusunun verilməsi uzun müddət görülən işlərin nəticəsidir. Bu statusun qazanılması üçün hələ 2009-cu ildə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) ilə müqavilə imzalanmışdır. FAA bu dərəcəni almayan dövlətlərin aviaşirkətlərinə ABŞ səmalarına daxil olmağa icazə vermir. Biz bu prosedurları layiqincə yerinə yetirdik. 2013-cü ilin oktyabrından bu ilin yanvarınadək FAA tərəfindən iki audit keçirilmişdir. Məhz bu auditlərin nəticələrinə görə, FAA Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və  təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy vermişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında