Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir

 

 

 

Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən söyləmişdir. 

A.Əzimov demişdir: “Sumqayıt hadisələrinin səbəbləri, mahiyyəti, faktları, ümumiyyətlə, reallıqları hamıya bəllidir. Sumqayıt hadisələrini Xocalı soyqırımı ilə eyniləşdirmək yenə də ikili standartlardan xəbər verir. Ümumiyyətlə, Xocalı faciəsi “Twitter” sosial şəbəkəsində müzakirə mövzusu deyildir. C.Uorlik bu vəzifədə təzədir və münaqişə barədə həqiqətləri diqqətlə öyrənməli və bunu bəyanatlarında nəzərə almalıdır”.

Xarici işlər nazirinin müavini bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərini nəzərdən keçirməlidirlər. Onlar münaqişənin həlli ilə bağlı daha ciddi addımlar atmalıdırlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında