Mübariz QURBANLI: Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır

 

 

“Prezident İlham Əliyevin bəyan etdiyi fikirlərdə korrupsiyanın aradan qaldırılmasının kompleks ideyası, kompleks həlli yolları göstərilmişdir”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı demişdir.

M.Qurbanlı qeyd etmişdir ki, korrupsiyaya qarşı mübarizə bütövlükdə dünya miqyasında gedən bir mübarizədir, hətta BMT səviyyəsində belə müzakirə obyektidir: “Bu bütün dünyanın problemidir. Əsas məsələ korrupsiyaya qarşı mübarizənin necə aparılmasıdır. Yəni korrupsiya olmayan ölkə yoxdur. Əsas korrupsiyanın qarşısını almaq və onu necə aradan qaldırmaq üçün kimin necə mübarizə aparmasıdır. Bu baxımdan cənab Prezidentimiz növbəti illərdə də korrupsiyaya qarşı mübarizənin bütün istiqamətlərdə gedəcəyini xüsusi vurğulamışdır”.

Millət vəkili bildirmişdir ki, indiyə qədər də Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılmışdır. Təbii ki, ən əsası korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq lazımdır: “Bunun aradan qaldırılması üçün isə buna şərait yaradan bu və ya digər amillər yox edilməlidir. Misal üçün, ”ASAN xidmət"in yaradılması, qanunvericilikdə məmur özbaşınalığına yol verə biləcək müddəaların oradan çıxarılması, əhali arasında korrupsiyaya qarşı mübarizə ilə bağlı təşviqat işinin genişləndirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizənin inzibati yolla aradan qaldırılması istiqamətində qanunvericiliyin möhkəmləndirilməsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır".

M.Qurbanlı vurğulamışdır ki, korrupsiyaya qarşı mübarizə bir neçə istiqamətdə aparılır - iqtisadi, mənəvi-psixoloji və hüquqi: “Bu üç istiqamət vahid bir məqsədə xidmət etməlidir. Azərbaycanda bu istiqamətlər üzrə iş gedir. İqtisadi islahatların aparılması, hüquqi müstəvidə qanunvericilikdə bu məsələnin daha kəskin şəkildə qoyulması, mənəvi-psixoloji cəhətdən isə məmurların məsuliyyəti, məmurlar arasında və xalq arasında izahat işi. Cənab Prezident korrupsiyanın aradan qaldırılmasının kompleks həlli yollarını göstərmişdir. Bu, əvvəllər qəbul olunmuş qanunlar və tədbirlərlə davam edəcək. Mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır”.

Qeyd edək ki, Prezident İlham Əliyev konfransda çıxışında bildirmişdir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir: “Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri görülür və görüləcəkdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında