AzərTAc-ın yeni layihəsi: “Moda” – Qonağımız tanınmış modelyer Fəxriyyə Xələfovadır

 

 

Hər kəs tərəfindən moda fərqli bir tərzdə qarşılanır. Bəzi insanlar üçün moda sadəcə maraq, başqaları üçün bir iş,  bəziləri üçün isə əyləncədir.  Lakin danılmaz bir faktdır ki, moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur.

AzərTAc dəb həvəskarlarının marağını nəzərə alaraq  yeni layihə - “Moda” rubrikasını təqdim edir.

Rubrikamızın ilk qonağı Azərbaycanın tanınmış modelyeri və ilk ətriyyatçısı, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.

Tanınmış modelyerlə bağlı hazırlanmış videosüjetdə 2014-cü ilin dəb baxımından dinamik olduğu diqqətə çatdırılır. Bildirilir ki, dünyanın dəbini diktə edən şəhərlərdə - London, Nyu-York, Paris və Milanda keçirilmiş dəb həftələrində müşahidə olunan əsas meyillərdən  bu ilin dəb baxımından dinamik, dolğun və canlı rənglərin aktuallığı ilə digərlərindən seçiləcəyi aydın olur. İlin əsas palitrasını açıq və əlvan rənglər təşkil edəcəkdir.

Zövqlə geyinənləri maraqlandıran əsas suallardan biri də 2014-cü ildə hansı geyimlərin və rənglərin dəbdə olacağıdır.

F.Xələfova bildirir ki, 2014-cü ildə dama-dama köynəklər, dəri gödəkcələr, şalvarlar, cinslər, şlyapalar dəbdə olacaqdır. Buna “kantri” üslubu deyilir. Bu, klassikləşmiş bir obrazdır. Amma hamıdan bu geyim tələb edilmir. Arzusunda olan romantik bir üslub da seçə bilər. Ümumiyyətlə, 2014-cü ildə dama-dama geyimlərə, krem rəngli çalarlara üstünlük veriləcəkdir.

Tanınmış modelyer, həmçinin gələcək planları haqqında məlumat verir. Bir çox beynəlxalq sərgilərdə müəllifi olduğu moda nümunələri nümayiş etdirilən F.Xələfova, artıq ölkəmizdə son dəbdə olan geyimlərin də nümayiş olunmaq üçün hazırlandığını bildirir. 

Qeyd edək ki, təkrarolunmaz və zövqlə bəzədilmiş interyeri olan “Faxriyya Xalafova Wedding Gallery” dəb evinin dizaynı da F.Xələfovanın özü tərəfindən verilmişdir. Burada nümayiş olunan kolleksiyada modelyer-dizaynerə məxsus  eksklüziv gəlinlik paltarları, bəzək əşyaları, aksessuarlar və ziyafət geyimləri vardır. Moda evində, həmçinin modelyerin özünə aid ətriyyat kolleksiyası da təqdim olunur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında