Fərhad MƏMMƏDOV: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti illərdə də böyük uğurlara imza atacaq

 

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan növbəti illərdə də bütün sahələrdə böyük uğurlara imza atacaq. Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirmişdir.

SAM direktoru qeyd edib ki, bu gün Azərbaycan Respublikası dinamik inkişaf strategiyasına malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında həlledici mövqe tutan, regional iqtisadi və siyasi proseslərin istiqamətini müəyyənləşdirən dövlətdir. Xalqımız on ildən çoxdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövlətçilik tarixinin yeni səhifələrini yazmaqdadır: “Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən, mühüm geostrateji və geoiqtisadi mövqeyə malik Azərbaycan Respublikasının beynəlxalq aləmdə rolu, əhəmiyyəti məhz onun yürütdüyü davamlı siyasət sayəsində getdikcə artmaqdadır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri, qlobal və regional sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərində tutduğu mövqe, onun Avropa məkanına, İslam aləminə və türk dünyasına sürətli inteqrasiyası, iqtisadi-siyasi, sosial-mədəni sahələr üzrə inkişaf tempi bu gün dünyanın bir sıra nüfuzlu beyin mərkəzlərinin tədqiqat mövzularındandır”.

F.Məmmədovun sözlərinə görə, xarici dövlətlərin, transmilli şirkətlərin ölkəmizə sərmayə qoyuluşuna maraqları və investisiya layihələrinin təkcə neft-qaz sektorunu deyil, digər sahələri də əhatə etməsi Azərbaycandakı sabitliyin göstəricilərindəndir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və ardıcıl siyasətinin məntiqi yekunu olaraq, sənayedə və kənd təsərrüfatında dinamik inkişaf davam etdirilib, inflyasiyanın həcmi minimuma endirilib. Nəticədə, son on ilin maliyyə-iqtisadi göstəricilərinə əsasən, əhalinin pul gəlirləri 7,6 faiz artıb, bir milyon 200 mindən çox yeni iş yeri açılıb, ölkənin valyuta ehtiyatları 49,4 milyard dollar məbləğinə çatdırılıb. İlin sonuna ölkə üzrə yoxsulluğun 6 faizdən də aşağı olacağı proqnozlaşdırılır”.

F.Məmmədov əlavə edib ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün yeni layihələrin reallaşdırılmasına da əlverişli imkanlar açılıb. Bu tipli layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır və yaxın gələcəkdə Azərbaycanın beynəlxalq miqyasda strateji mövqelərinin daha da möhkəmləndirilməsinə yönəldilib. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün mühüm amillərdəndir. Bu günlərdə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması da Azərbaycanın iqtisadi və siyasi sahələrdə böyük uğuru kimi dəyərləndirilir. “Şahdəniz-2”-nin reallaşdırılması və onun ətrafında yaradılacaq infrastruktur ölkədə əlavə olaraq 30 min iş yerinin yaradılmasına imkan verəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, bu tipli layihələr Azərbaycan xalqına bundan sonra ən azı yüz il xidmət edəcəkdir:

“Azərbaycan xalqı əmindir ki, növbəti illərdə də Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz iqtisadi, siyasi və sosial həyatın bütün sahələrində yeni uğurlara imza atacaq, əhali bundan sonra da sülh, əmin-amanlıq və sabitlik içərisində yaşayacaqdır. Məhz bu əminlik, gələcəyə inam hissi milyonlarla Azərbaycan vətəndaşını bu il oktyabr ayının 9-da seçki qutularının önünə gətirib və onlar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyiblər.

Mən öz adımdan və Strateji Araşdırmalar Mərkəzinin bütün kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edir, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının və prinsiplərinin həyata keçirilməsində, Azərbaycan dövlətiçiliyinin inkişafı və möhkəmləndirilməsində, xalqımızın maraqlarının qorunmasında ona yeni-yeni uğurlar arzulayıram!"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında