ABŞ səfiri: “Azərbaycan müstəqil ölkədir və hansı istiqamətdə hərəkət etmək barədə qərarları özü verir”

 

 

 “Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı şansı prezidentlərin görüşlərini davam etdirməsi və problemin konkret həlli yollarını müzakirə etməsidir”.

APA -nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar demişdir.

 Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda Vyanada keçirilən görüşünü alqışlayan səfir bildirmişdir ki, bu, çox yaxşı və konstruktiv görüş olmuşdur: “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi nizamlama prosesində vasitəçilik səylərini davam etdirməlidir. Real sıçrayışın nə vaxt baş verəcəyini demək çətindir. Amma düşünürəm ki, prezidentlərin görüşü pozitiv faktdır”.

Riçard Morninqstar Ukraynada baş verən hadisələrin digər ölkələrə necə təsir göstərəcəyi haqda sualı belə cavablandırmışdır: “Əlbəttə, nəsə demək çətindir. Əgər Azərbaycandan söhbət gedirsə, bizim mövqeyimiz belədir - Azərbaycan suveren və müstəqil ölkədir və kənardan hansısa ölkənin təzyiqi olmadan nə etmək, hansı istiqamətdə hərəkət etmək barədə qərarları özü verir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında