Vüqar BAYRAMOV: “Şahdəniz-2” layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfədir

 

 

 

İqtisadçı ekspert Vüqar Bayramov “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar  “Media forum” saytına bildirmişdir ki, bu layihə dünya tarixində ən böyük sərmayə qoyuluşudur: “İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır.

Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Amma anlaşma xarici neft şirkətləri, eləcə də benefisiar və tranzit ölkələr üçün də əhəmiyyətlidir.

Əvvəla, xarici şirkətlər böyük investisiya və eləcə də stabil gəlirlər imkanı qazanır. İkincisi, benfisiar ölkələr mavi qaza olan tələbatının tam və ya qismən ödənilməsinə nail olacaqlar. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a da ev sahibliyi edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək yüksələcək. Tranzit ölkələr, o cümlədən Gürcüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır.

Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfə vurması anlamına gəlir. Bakı bu qərarla Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında