Əli HÜSEYNLİ: “Azərbaycanda 2003-cü ildən bu günə qədər seçki qanunvericiliyinə 16 dəfə dəyişiklik və əlavələr edilmişdir”

 

 

 

“Azərbaycanda Seçki Məcəlləsinin qəbul edildiyi 2003-cü ildən bu günə qədər seçki qanunvericiliyinə 16 dəfə dəyişiklik və əlavələr edilmişdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə keçirilən beynəlxalq seminarda demişdir. O bildirmişdir ki, bu müddət ərzində Seçki Məcəlləsinin 250 maddəsinə dəyişiklik edilmiş, 30 maddə məcəllədən çıxarılmış, 20-yə yaxın maddə isə əlavə olunmuşdur: “Seçki Məcəlləsinə edilən dəyişikliklər Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı olmuşdur”.

Komitə sədri əlavə etmişdir ki, 1995-ci ildə qəbul edilən konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyənləşdirmişdir. 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi.

Ə. Hüseynli Azərbaycanda seçki qanunvericiliyinin tətbiqi barədə məlumat verərək professional seçki idarəetmə strukturu yaradıldığını qeyd etmişdir: “Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdə şəffaflıq “exit-poll”arın keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə özünü göstərir. Şəffaflığı təmin edən sadaladığım elementlərin hamısı Azərbaycan Seçki Məcəlləsində öz əksini tapmışdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında