Kardinal Canfranko Ravazi: Azərbaycandakı yüksək tolerantlıq mühiti məni çox sevindirdi

 

 

 

Azərbaycanın çox qədim tarixi və zəngin mədəniyyəti vardır. Çox sevinirəm ki, belə bir gözəl diyara gəlmişəm. Şəki öz mədəniyyətinə, incəsənətinə və qədim tarixinə görə Azərbaycan şəhərləri içərisində ən yüksək yerdə durur.

Bu şəhər füsunkar təbiəti və tarixi abidələri baxımından bənzəri olmayan bir şəhərdir. Kiş kəndindəki bu qədim məbədi görməyimə çox sevindim. Bilirəm ki, Azərbaycanda islam dini ilə yanaşı, digər dinlərə də hörmət və ehtiram bəslənilir. Ölkənizdəki tolerantlıq mühiti məni çox sevindirdi.

Bu sözləri Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Şəkiyə səfəri çərçivəsində Kiş kəndindəki qədim alban məbədi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində demişdir.

Azərbaycanın bölgələrinə - Qəbələ və Şəkiyə səfərindən məmnun qaldığını, belə gözəllikləri gördüyünə görə özünü xoşbəxt sandığını vurğulayan kardinal Canfranko Ravazi ölkəsinə qayıtdıqdan sonra səfərlə bağlı xoş təəssüratlarını mütləq yuxarı dairələrə, administrasiyaya çatdıracağını bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında