Mübariz Qurbanlı: Milli Şuradan istefalar təbii prosesdir

 

 

Milli Şura adlanan qurumun süni şəkildə yaradılması prezident seçkilərindən sonra bir daha nümayiş etdirildi və həmin quruma daxil olanlar müxtəlif formada bu qurumu tərk etməyə başladılar.

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Şuradakı istefalara münasibət bildirərkən demişdir: “Milli Şura adlanan qurum dağılmağa məhkum idi və buna görə orada istefalar təbii, qanunauyğun prosesdir və davam edəcək. Orada qalanlar da əvvəldən bəlli idi. Bu, Xalq Cəbhəsi ilə Müsavat partiyalarının süni surətdə yaratdığı bir qurumdur və iflasa uğradı”.

M.Qurbanlı əlavə etmişdir ki, Milli Şura müxalifətin radikal qanadının müxtəlif nümayəndələrini özündə birləşdirirdi: “O da bəlli idi ki, bu qurum seçki üçün yaradılıb və seçkidə də bu qurumun irəli sürdüyü namizədin məğlubiyyəti göz önündə idi. Proqnozlar göstərirdi ki, bu qurumun namizədi məğlubiyyətə düçar olacaq, çünki ölkə əhalisi radikal qanada hansısa bir dəstəyi heç vaxt verməzdi”.

Deputat vurğulamışdır ki, ölkədə xalq inkişaf, tərəqqi, sabitlik istəyirdi və ona görə də bu xəttə səs verdi.

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyası qalmaqalla yadda qalıb. Azərbaycan Liberal Partiyası (ALP) Milli Şuranın tərkibindən çıxıb və partiya sədri Əvəz Temirxan sessiyanı yarımçıq tərk edib. Bundan əlavə, daha 9 üzvün Milli Şuradan istefası qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında