Qələm Vətənə xidmət etməlidir

Hər şeydən əvvəl, Milli Mətbuatımızın 135 illiyi münasibətilə bir qrup media işçisi ilə birlikdə əməkdar jurnalist fəxri adına layiq görüldüyüm üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirir, əmin edirəm ki, jurnalistlik fəaliyyətimə verilən bu yüksək qiyməti doğrultmaq üçün doğma Azərbaycana bundan sonra da qələmimlə sədaqətlə xidmət edəcəyəm.
Mükafatın şirinliyi barədə söz deməyim, bəlkə də, artıqdır. Mən bu şirinliyi birinci dəfə 38 il əvvəl dadmışam. Hər dəfə həmin hadisəni xatırlayanda bədənimdən xoş bir gizilti keçir. Qısaca qeyd edim: 1972-ci il aprel ayının birində o vaxt işlədiyim Azərbaycan Televiziyasının sənaye şöbəsində fəhlə həyatına dair hazırladığım tənqidi verilişə baxmış respublika rəhbəri Heydər Əliyev AzTV-nin sədri Qurban Yusifzadəyə zəng vurub verilişi bəyəndiyini deyir. Yaşlı nəsil bilir, o vaxt mətbuat günü mayın 5-də qeyd olunurdu. Mən həmin il "Qızıl qələm" mükafatına layiq görüldüm.
İndi 20 ilə yaxındır ki, "İki sahil" qəzetində şöbə müdiri vəzifəsində çalışıram. Ulu öndər Heydər Əliyevin mətbuata, eləcə də bizim qəzetə verdiyi yüksək qiymət məndə belə bir inam yaradırdı ki, ölkə Prezidenti cənab İlham Əliyevdən də nə vaxtsa özüm və "İki sahil" qəzeti barədə xoş bir soraq eşidəcəyəm. Bir neçə gün bundan əvvəl Prezident sərəncamını oxuduqda necə böyük sevinc və qürur hissi keçirdiyimi ifadə etməkdə çətinlik çəkirəm.
Bir qədər ritorik səslənsə də səmimi deyirəm, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev sıralarında mən də olmaqla saf, vicdanlı qələm əhlininn əsl ilham mənbəyidir. Məsələ təkcə onda deyil ki, cənab İlham Əliyev son 7 ildə Azərbaycanı böyük tərəqqiyə çatdırıb, bu, öz yerində, söhbət həm də ondan gedir ki, ölkənin rəhbəri mətbuatımıza himayə göstərməkdə ulu öndərin başladığı işləri uğurla davam və inkişaf etdirir, mediaya dövlət dəstəyini əməli fəaliyyətlə sübuta yetirir.
Mətbuat Şurasının yeni inzibati binasının açılışında hörmətli Prezidentimizin nitqini oxuyanda dahi şairimiz Mirzə Ələkbər Sabirin "Bir məclisdə 12 kişinin söhbəti" adlı şeirini xatırladım. Orada 12 peşə sahibinin hər biri millətin başına açdığı əməl barədə danışır. Məsələn, tacir deyir "mən halal ilə haramı bir-birinə qatmışam", yaxud vəkil deyir "haqsıza haqlı deyib çox günaha batmışam". Növbə qəzetçiyə çatanda deyir "mən cəridəni (yəni səhifəni) doldurmaq üçün mətləbi çox uzatmışam". Həmin şeirin yazılmasından bir əsr ötsə də "ənənə" davam edir...
Mətləbi uzatmaq istəmirəm. Amma, cənab İlham Əliyevin çıxışında dediyi bəzi fikirlərə münasibətimi bildirməyi vacib sayıram. Peşəkarlığın artırılması, reket jurnalistika, milli dəyərlər, vətəndaşlıq mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət, bəzi xarici təşkilatların sifarişlərinin yerinə yetirilməsi və digər məsələlər barədə Prezidentin dedikləri ölkə jurnalistlərinin qarşısına böyük vəzifələr qoyur. Bu vəzifələri yalnız milli ruha sədaqətlə, jurnalist məsuliyyətini dərindən dərk etməklə yerinə yetirmək mümkündür. Biz jurnalistlər, dövlət rəhbərimizin proqram xarakterli tövsiyələrini layiqincə yerinə yetirəcəyimizə söz veririk.

{nl}

Telman QAFAROV, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında