Avropa Parlamentinin üzvü: Azərbaycan bu seçkilərlə Avropaya inteqrasiya məqsədlərinə sadiq olduğunu bildirdi

 

 

 

Azərbaycanda 9 oktyabr prezident seçkiləri sərbəst, ədalətli və şəffaf keçdi.

APA -nın məlumatına görə, bunu Avropa Parlamentinin üzvü Kristina Oyland Azərbaycanda prezident seçkilərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirmişdir.

O, Azərbaycanda seçkilərlə bağlı tənqidi fikirlər bildirənləri obyektivliyə çağırmışdır: “Azərbaycan Finlandiya deyil. Hər bir ölkədə tarix,  ənənə fərqlidir. Azərbaycan bu seçkilərlə Avropaya inteqrasiya məqsədlərinə sadiq olduğunu bildirdi”.

K.Oyland qeyd etmişdir ki, Azərbaycandakı seçkiləri üçüncü dəfədir izləyir: “Əvvəlki seçkilərlə müqayisədə son seçkidə böyük irəliləyişlər var. Xüsusilə də seçkidə İKT ilə bağlı mühüm irəliləyişlər müşahidə olunmuşdur”.

K.Oyland vurğulamışdır ki, növbəti seçkilərdə də Azərbaycana gəlməyi planlaşdırır: “Seçkilər demokratiya yolunda mühüm addımdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında