Azərbaycanın hakim partiyası Əlikram Hümbətovun əməllərinə qiymət verdi: xəyanət, satqınlıq

 

Separatçı Əlikram Hümbətovun bu hərəkətinin arxasında dayanan niyyət də, onun bu hərəkətinin mahiyyəti də sadəcə bir sözlə ifadə oluna bilər - xəyanət, satqınlıq. Bunu cümə günü Trend-ə eksklüziv müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Əlikram Hümbətovun Ermənistana və oradan Azərbaycanın işğal olunmuş ərazilərinə getməsini şərh edərkən deyib.

Ə.Əhmədov bildirib ki, Əlikram Hümbətovun nə Azərbaycan vətəndaşı adından, nə guya onun “təmsil elədiyi” talışların adından danışmağa haqqı yoxdur: “Ona belə bir hüququ heç kim verməyib və belə bir səlahiyyət sahibi deyil. Sadəcə olaraq o, həm bir insan kimi, həm də bir siyasətçi kimi nə qədər mənəviyyatını itirdiyini ortaya qoymuş oldu. Mən inanmıram ki, ondan bir alət kimi istifadə edən ermənilər ona hörmət edirlər. Yəqin ki, ermənilər də ona daxildə nifrət edirlər. Çünki öz dövlətini, millətini satan heç kimə sadiq ola bilməz”.

YAP rəsmisi bildirib ki, Əlikram Hümbətov indi özünü ermənilərin dostu kimi göstərir, amma yəqin ki, ona xain, içərisi pis xislətlə dolu olan bir insan kimi baxırlar, amma ondan istifadə edirlər: “Mən inanmıram ki, Əlikram Hümbətovdan hansısa ciddi xarici qüvvələr istifadə etsinlər, çünki o, elə fiqur deyil ki, onun xidmətinə hansısa ciddi təşkilatlar istinad etsinlər və ehtiyac duysunlar”.

Ə.Əhmədovun sözlərinə görə, yalnız ermənilər separatçı Əlikram Hümbətovdan ən ucuz kampaniyalarında istifadə edə bilərlər, özü də çox qısa bir müddətdə: “İndi Azərbaycanda seçki kampaniyası gedir və ermənilər bundan faydalanaraq guya Əlikram Hümbətov kartından istifadə etmək istəyirlər, lakin əslində onu sadəcə olaraq yaramaz, şəxsiyyətini itirmiş bir insan kimi bütün Azərbaycana təqdim etməyə nail oldular. Separatçı Əlikram Hümbətovun bu hərəkətlərində qazandığı yalnız ondan ibarətdir ki, bütün azərbaycanlıların daha dərin nifrətinə tuş gəlmiş oldu”.

Qeyd edək ki, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən görüşlərdə Ə.Hümbətov Azərbaycan dövlətçiliyinin əleyhinə fikirlər səsləndirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında