Alqışa layiq sərəncam

Azərbaycan Prezidentinin milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar dövri nəşrlərə birdəfəlik yardım və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması haqqında imzaladığı sərəncam təqdirəlayiqdir. İnanıram ki, bir çox evsiz jurnalistlər bu sərəncamla başlarının üstündə tavan hiss edəcəklər. Bir jurnalist və qəzetçi olaraq dövlət başçısının sərəncamlarını alqışlayıram. Ümid edirəm ki, belə tədbirlərin davamı gələcək, mövsümi xarakter daşımayacaq və kütləvi informasiya vasitələri, jurnalistlər qismən də olsa problemlərdən azad olacaqlar.
"Əməkdar jurnalist" fəxri adı alanlar sırasında öz adımı görəndə təbii ki, sevindim. Əvvəla, ona görə ki, özümü bu yüksək ada layiq sayanlardanam. Eyni zamanda, bunu dövlətin, Prezidentin ölkədə tənqidi jurnalistikanın, azad fikrin və ifadə azadlıqlarının əhəmiyyətinə, roluna verdiyi dəyər kimi qiymətləndirirəm. Hərçənd mətbuatımızda bu adı almamış, lakin ona layiq yazarlar da az deyil.
Prezidentin jurnalistlərin sosial-maddi durumunun, yaşayış şəraitinin yaxşılaşdırılması yönündə imzaladığı sərəncamlar da təbii ki, alqışa layiqdir. Ümumiyyətlə, mən hakimiyyət-mətbuat münasibətlərinin saflaşdırılması, sağlamlaşdırılması yönündə atılan bütün addımları təqdir edirəm. Çünki bu, yekun olaraq ölkədə vətəndaş barışının yaranmasına, mətbuatın həqiqi mənada müstəqil və güclü olmasına xidmət edir. Güclü, azad mətbuatsız isə heç bir ölkə qüdrətlənə, dünyada söz sahibi ola bilməz. Demokratik ölkələrin təcrübəsi bunu çoxdan sübut edib. Bizim isə Qarabağ dərdimiz var...

{nl}

 Zahid SƏFƏROĞLU, "Yeni Müsavat" qəzetinin redaktoru, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında