Mübariz QURBANLI: “Human Rights Watch” hansısa qrupların maraqlarına xidmət edir

 

“Human Rights Watch” kimi mənasız məlumatlar yayan təşkilatlar hansısa qrupların maraqlarına xidmət edir. Bunu Trend-ə təşkilatın Azərbaycan haqqında son hesabatını şərh edərkən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı demişdir.

Millət vəkili bildirmişdir ki, “Human Rights Watch” beynəlxalq təşkilat deyil, qeyri-hökumət təşkilatıdır: “Azərbaycanda da qeyri-hökumət təşkilatları var və onlar da istənilən ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı bəyanat yaya bilərlər. Ona görə də “Human Rights Watch” deyilən bir təşkilatın yaydığı bu və ya digər sənəd Azərbaycanı hansısa bir öhdəlik qarşısında qoymur”.

Mübariz Qurbanlı qeyd etmişdir ki, bu təşkilatlar QHT-lər kimi fəaliyyət göstərir və onların da yaydığı məlumatların mənbələri şübhəli, bir çox hallarda yoxlanılmamış olur, eyni zamanda, həmin təşkilatlar qərəzli məlumatlar yayırlar.

İcra katibinin müavini əlavə etmişdir ki, bu təşkilatların Azərbaycana qarşı yaydığı məlumatların Azərbaycanın ictimai rəyinə, Azərbaycanın beynəlxalq aləmdə imicinə heç bir təsiri yoxdur: “Bu təşkilatların yaydığı məlumatlar qərəzli xarakter daşıyır. Ona görə də bu cür təşkilatların yaydığı mənasız məlumatlar haqqında danışmağa ehtiyac yoxdur”.

M.Qurbanlı bildirmişdir ki, mənasız fikirlər və tezislər ortaya qoyan bu kimi təşkilatlar beynəlxalq aləmdə yalnız Azərbaycana qarşı deyil, bir çox ölkələrə qarşı bu tip məqsədli məlumatlar yayaraq hansısa qrupların maraqlarını ifadə edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında